booked.netbooked.net booked.net  

...Azərbaycanda çoxsaylı şirkətlər var ki, əmək müqaviləsi bağlamadan kimi gəldi tikinti və sair işlərə cəlb edərək işlədirlər... Bəs belə olduğu halda qanunu pozanları nə gözləyir? Əmək hüquqları üzrə mütəxəssis, tanınmış hüquqşünas Azər Quliyev "Təzadlar"a bunları bildirdi:
-Əmək Məcəlləsində nəzərdə tutulan qaydada 10 və daha çox işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iş və xidmətlərin yerinə yetirilməsinə cəlb etməyə görə: yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə: üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır...
A.Məmmədli
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN