booked.net booked.net  

Nəhayət, uzun sürən qalmaqallı müzakirələrdən sonra Tbilisi Şəhər Məhkəməsi sabiq prezident Mixeil Saakvilinin barəsində qərarını elan etdi,,,

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, hakim sabiq prezidentin vəkillərinin vəsatətini təmin etməyib. Bununla da hakim, Saakaşvilini nə cəzadan azad edib, nə də cəzasını yüngülləşdirib.
Elə narazılıq da bundan başlayıb. Hakimin bu qərarına etiraz edən hüquq müdafiəçiləri deyiblər ki, indiyədək məhkəmənin təxminən 15 iclası keçirilib, 24 şahid dindirilib, nəticə olaraq Saakaşvilinin cəzasının təxirə salınması və ya hökmdən azad edilməsi ilə bağlı qərar qəbul edilməsinə ehtiyac görülməyib.
 Onu da qeyd edək ki, hakimin bu qərarı sabiq prezidentin yaxınlarının və tərəfdarlarının ciddi narazılığına səbəb olub. Gürcüstan  sosial şəbəkə istifadəçilərinin yaydığı paylaşımlardan məlum olur ki, hakimin elan edilən qərraından sonra məhkəmə zalında qarşıdurma olub, məhkəmə icraçıları etirazçıları çətinliklə zaldan çıxarıb.

Vəkillər isə hakimin bu qərarından apellyasiya şikayəti verəcəklərini deyiblər.
A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA