booked.netbooked.net booked.net  

Gürcüstan prezidenti Salome Zurabişvili Tbilisi şəhər məhkəməsinin sabiq prezident Mixeil Saakaşvili ilə bağlı verdiyi qərara münasibət bildirib.

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, xanım Zurabişvili məhkəmə qərarını "Gürcü xalqının qapalı dairədə dolaşmağa və bu vəziyyətin girovluğunda qalmağa məhkum edilməsi deməkdir” adlandırıb. Prezidentin sözlərinə görə, hər kəs üzərinə düşən öhdəliyi yerinə yetirməli və ölkənin imicinə xələl gətirən addımlardan uzaq durmalıdır. O, sərt danışıb və bildirib ki, hazırda ölkənin imicinə dəyən zərər hakim partiya və müxalifətin birlikdə fəaliyyətinin nəticəsi olaraq meydana çıxıb.
Zurabişvili deyib ki, Mixeil Saakaşvili barəsində 4 fərqli işlə bağlı cinayət işi açıldığına görə, prezident onu əfv etsə belə azadlığa çıxa bilməz.
Ekspertlər də məhkəmənin son qərarını ağlasığmaz təxribatçı akt adlandırıblar. Gürcüstanın tanınmış vəkillərindən olan R.Patiaşvili özünün sosial media hesabında yazıb ki, məhkəmə bununla da ölkənin hüquq siteminə açılmaz düyün vurub, bu düyünü də onu sifariş edənlər açmalıdır.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 06 Fevral 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA