booked.net booked.net  

Özbəkistan DDDU-nin 19 yaşlı tələbəsi İsrailin Daşkənddəki səfirliyini divarın üstündən kerosin şüşəsi ataraq yandırmağa cəhd edib.

Daşkəndin Yakkasaray Cinayət Məhkəməsi İsrailin Daşkənddəki səfirliyini yandırmağa cəhd edən Özbəkistan  Dünya Dilləri Dövlət Universitetinin 2-ci kurs tələbəsi 19 yaşlı gənc barəsində hökm çıxarıb.

TEZADLAR.AZ xəbər verir ki, qazeta.uz bu barədə məhkəmə qərarını öyrənib.

İş materiallarına əsasən, aprelin 19-da saat 04:30 radələrində A.A idman çantasının içinə bir şüşə kerosin, qantel, iki qutu kibrit və parça qoyaraq velosipedi ilə səfirliyə gedib. Onun bu hərəkəti diplomatik nümayəndəliyin yaxınlığında yerləşən Yakkasaray rayon Daxili İşlər Şöbəsinin əməkdaşlarının diqqətini çəkib.

Polis əməkdaşları gəncdən dayanmağı xahiş etsə də, o, qaçmağa çalışıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun arxasınca xidməti avtomobillə gələrək saxlayıblar və polis idarəsinin binasına aparıblar. Ondan çantasının içindəkiləri göstərməsini istəyiblər. Tələbə onların diqqətini yayındırıb, bir şüşə kerosin və qantel götürüb səfirliyə tərəf qaçıb. Səfirliyin binasını mühafizə edən ÖR DİN-nin və Milli Qvardiyanın əməkdaşları gənci binanın qapıları yaxınlığında saxlasalar da, o, butulka və qanteli divarın üstündən səfirliyin həyətinə atmağa nail olub.

Təqsirləndirilən şəxs məhkəmədə bildirib ki, 2023-cü il oktyabrın ortalarında Qəzza zolağında İsrail və Fələstin arasında silahlı münaqişə ilə bağlı videolara baxmağa başlayıb və bunun nəticəsində “İsrailə nifrət edib və qisas almaq üçün bu dövlətin Daşkənddəki səfirliyini yandırmaq qərarına gəlib”.

“Əvvəlcə o, divarın üstündən səfirliyin həyətinə bir şüşə kerosin atmaq istəyib. Bundan sonra o, kerosində parça isladıb, qantellərə büküb yandıraraq səfirliyi yandırmaq üçün əraziyə atmağı planlaşdırıb... O, insanlara və ya səfirliyə zərər vermək niyyətinin olmadığını, sadəcə olaraq İsrail dövlətinə Fələstində xəstəxananı bombaladığına görə etiraz etmək istədiyini açıqlayıb... O, hərəkətlərinin yanlışlığını anladığını bildirib”, - məhkəmə qərarında deyilir.

Təqsirləndirilən şəxs Özbəkistan prezidenti və xalqından, eləcə də İsrail səfirliyindən bağışlanmasını istəyib. O, günahını tamamilə etiraf edib.

Məhkəmə tələbəni ÖR Cinayət Məcəlləsinin 155-ci maddəsinin 1-ci (terrorçuluq/8 ildən 10 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır) bəndi ilə təqsirli bilib və o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN