booked.netbooked.net booked.net  

Dünyanın bir çox ölkəsinin əsasını hakimiyyətə qarşı yönəlmiş inqilabların, toqquşmaların və iğtişaşların sponsoru kimi tanıyan amerikalı milyarder Corc Soros bütün dünyada 253 media orqanına rüşvət verməkdə şübhəli bilinir.

TEZADLAR.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə MRC Business-in araşdırmasına istinadən Fox News xəbər verir. Araşdırmaya Washington Post, Bloomberg, CNN, NBC, CBS və NPR kimi nüfuzlu media daxildir. Qeyd edildiyi kimi, məlum olub ki, milyarder bu illər ərzində hadisələri istədiyi kimi işıqlandırmaq üçün 2016-2020-ci illər ərzində 54 nüfuzlu media xadiminə ümumilikdə 131 milyon dollar ödəyib.

Fox News xəbər verir ki, ödənişlər Corc Soros tərəfindən maliyyələşdirilən qruplar vasitəsilə həyata keçirilib.

"Milyarder Corc Sorosun abort, marksist iqtisadiyyat, antiamerikanizm, polisin maliyyələşdirilməsinin dayandırılması, ətraf mühitin ekstremizmi və LGBT təəssübkeşliyi ilə bağlı radikal "açıq cəmiyyət" gündəmini yaymaq üçün öz təşkilatlarına sərmayə qoyduğu 32 milyard dollardan çox vəsait divident ödəyib", - xəbərdə bildirilir.

Qeyd edildiyi kimi, bir çox media xadimləri Sorosun dəstəklədiyi qruplardan 2,7 milyon dollar alan Jurnalistləri Müdafiə Komitəsi (CPJ) vasitəsilə Sorosla əlaqələndirilir. MRC CPJ idarə heyətinin bir neçə üzvünün Sorosun müdafiəsinə dair misallar gətirir.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN