booked.netbooked.net booked.net  

Prezident İlham Əliyevin Şuşadan bütün türk dünyasına etdiyi video-müraciəti barədə "Təzadlar"ın baş redaktoru Asif Mərzilinin qələmə aldığı xəbəri Türkiyə mediasında yayımlanıb...

Belə ki, Prezident İlham Əliyev bu gün-mayın 10-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına və eləcə də ümumən türk dünyasına video-müraciətində "Azərbaycan Ordusu dünyanın ən güclü ordularının sırasındadır - həm təchizat, həm döyüş qabiliyyəti nöqteyi-nəzərdən...", -deyərək əlavə etmişdir: “Bizim ordumuz döyüşüb, bizim ordumuz öz gücünü paradda yox, döyüş meydanında göstərib. 44 gün ərzində bir nəfər də olsun geri addım atmayıb, bir nəfər də olsun fərari olmayıb. Bizim ordumuz budur. Bizim xalqımız budur. Çünki ordu xalqın bir hissəsidir. Orduda xidmət edən xalqın övladlarıdır, bizim yetişdirdiyimiz uşaqlardır”.

Xəbərə həm də Prezidentin Şuşadan tarixi videomüraciətinin canlı çıxış linki də əlavə olunub. 

Xatırladırıq ki, Asif Mərzili Türkiyənin ilkhavadis.com və anadoluyakasihaber.com saytlarının köşə yazarıdır. Yuxarıda qeyd etdiyimiz xəbər və Prezident İlham Əliyevin videomüraciəti isə anadoluyakasihaber.com saytında yayımlanıb.

Aşağıda həmin xəbərin linkini təqdim edirik:

https://anadoluyakasihaber.com/prezident-ilham-%c9%99liyev-susadan-turk-dunyasina-s%c9%99sl%c9%99ndi-video.html

JASMİN

ilham-sus-2

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN