(Əvvəli saytın 27 sentyabr 2023-cü il tarixli buraxılışında)

Azərbaycan Respublikası adından HÖKM

 Bakı şəhəri İş № 1-1(093)-9/2022 21.09.2022-ci il BAKI HƏRBİ MƏHKƏMƏSİ

Hakim Allahverdiyev Elbəy Hidayət oğlunun sədrliyi ilə, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Ramazanov Camal Cumar oğlundan ibarət tərkibdə, Məmmədova Aygün Fərhad qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, I dərəcəli hüquqşünas Mehrəliyev Vüsal Bəhram oğlunun, müdafiəçilər - Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Cavadov Arzu Güləhməd oğlu, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Yusifov Ceyhun Salman oğlu, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Hacılı Ramiz İmran oğlu, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Adıgözəlov Əli Adıgözəl oğlu, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Quliyev Ələkbər Hüsü oğlu, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Məmmədov Ülvi Ziyadxan oğlu və Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Ələsgərov İlkin Şakir oğlunun iştirakı ilə, zərərçəkmiş şəxslər: Kazımov Nizami Firudin oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Qurbanov Mehrac Qurban oğlu, Rzayev Namil Heydər oğlu, Mədətov Elşən İsmayıl oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Zeynlaov İbrahim Məhəmməd oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Bağırov Qulam Davud oğlu, İsmayılov Afət Davud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, Həsənov Rauf Qasım oğlu, Salahov Müsənnif Hilal oğlu, Kərimov Rauf Faiq oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Əliyev Kəramət Etibar oğlu, Əliyev Etibar Mahmud oğlu, Qurbanov Akif Teymur oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Cəfərov Etibar Vahid oğlu, Nəcəfov Seyran Burhan oğlu, Əliyev Elvar Layiq oğlu, Abdullayev Orxan Elman oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu, Rəşidov Azad Niyazi oğlu, Ağamalıyev Ağasalam Mevlüd oğlu, zərər çəkmiş şəxslərin hüquqi varisləri Musayev Rəhman Sahib oğlu, Teymurlu Rəfael Şahmar oğlu, Məmmədov Arif İbrahim oğlu, Hüseynov Fariz Məhəmməd oğlu, zərər çəkmiş şəxslərin nümayəndələri Kərimov Elnur Vəzir oğlu, Məmmədzadə Ramil Tarix oğlu, Kazımov Osman Əlişirin oğlu, Yaqubov Muraz Sədrəddin oğlu, Kazımova Solmaz Baxış oğlu, Bayramzadə Xanlar Əsgər oğlu, Sadıqov Elçin Əli oğlu, İsmayılov Sərdar Əbülfət oğlu və Tağıyev Beyrək Qurban oğlu, təqsirləndirilən şəxslər: Şixəliyev Mövlam Məmmədismayıl oğlu, Məmmədov Yasin Seyfulla oğlu, Ələkbərov Sahib Yunus oğlu və Ələkbərov Vüsal Hicran oğlunun iştirakları ilə 07 oktyabr 1958-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 40 ünvanda qeydiyyatda olan və yaşayan, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində, general-mayor hərbi rütbəsində xidmət etmiş, 05 aprel 2021-ci il tarixdə Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Şixəliyev Mövlam Məmmədismayıl oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 182.3.1, 182.3.2, 294.3, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri, 24 may 1971-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Didivar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış,

vusal

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, ev 15/17, mənzil 34 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin ibtidai istintaq idarəsinin rəis müavini vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində xidmətdə olmuş, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Məmmədov Yasin Seyfulla oğlunun CM-nin 182.3.1, 182.3.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri, 18 avqust 1960-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 96, mənzil 14 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin Metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində xidmətdə olmuş, barəsində «başqa yerə yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Ələkbərov Sahib Yunus oğlunun CM-nin 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri və 04 iyul 1967-ci il tarixdə Ermənistan SSR-nin Əzizbəyov rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Bakı Apellyasiya Məhkəməsinin 28.02.2018-ci il tarixli 1-1(103)-02/18 saylı qərarına əsasən CM-nin 182.3.1, 182.3.2, 294.3, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirli bilinib 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər-hakimiyyət nümayəndəsinin funksiyalarını həyata keçirməklə və maddi-məsuliyyət səlahiyyətləri ilə bağlı vəzifələr tutmaq hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Duda zavodu küçəsi, dalan 2, ev 9 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış sahəsi, fərdi yaşayış evində faktiki yaşayan, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin ibtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində xidmətdə olmuş, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Ələkbərov Vüsal Hicran oğlunun CM-nin 182.3.1, 182.3.2, 311.3.1, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,

Müəyyən etdi:

-Şixəliyev Mövlam Məmmədismayıl oğlu- hərbi qulluqçu statusuna malik olan vəzifəli şəxs kimi Azərbaycan Respublikasının hazırda ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq baş idarəsinin rəisi vəzifəsində xidmət etdiyi dövrdə vəzifəli şəxs kimi qabaqcadan cinayət əlaqəsinə girib əlbir olduğu digər vəzifəli şəxslərlə mütəşəkkil dəstə tərkibində təkrarən tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etmək, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla müntəzəm olaraq fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər çəkmişlərin müflisləşməsi, psixi təsirlərə və digər məhrumiyyətlərə məruz qalması, tələb olunan vəsaitin əldə edilməsi üçün ayrı-ayrı şəxslər və kommersiya bankları qarşısında külli miqdarda borc və kredit öhdəliklərinin yaranması, daşınar və daşınmaz əmlaklarını dəyərindən olduqca aşağı qiymətə satmağa məcbur qalmaları kimi ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuş, hədə-qorxu ilə tələb etmək yolu ilə qanunsuz üstünlük, yəni xeyli və külli miqdarda maddi sərvət əldə etmək üçün yaradılan sabit cinayətkar qrupda - mütəşəkkil dəstədə birləşib zərərçəkmiş şəxslərin və onların yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstərmək, barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə təkrarən ayrı-ayrı şəxslərin - özgələrin külli miqdarda əmlakını tələb etmiş, mütəşəkkil dəstə tərkibində qulluq mövqeyinə əsasən təqsirkara göstərilən etimaddan istifadə etməklə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları təkrarən saxtalaşdırmış, vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) və qanunsuz hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində özü və üçüncü şəxslər olan mütəşəkkil dəstənin üzvləri üçün birbaşa və dolayı yolla, şəxsən və mütəşəkkil dəstənin digər üzvləri vasitəsilə təkrarən külli miqdarda maddi nemət olan pulu hədə-qorxu tətbiq etməklə rüşvət kimi istəyib almışdır.

m2

 Belə ki, o, Azərbaycan Respublikasının “Hərbi xidmət haqqında” 02.05.1995-ci il tarixli 1030 nömrəli, “Hərbi vəzifə və və hərbi xidmət haqqında” 23.12.2011-ci il tarixli 274-IVQ nömrəli Qanunlarına əsasən hərbi qulluqçu statusuna malik olan vəzifəli şəxs kimi hazırda ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi (MTN) üzrə 27.03.2008-ci il tarixli 435 ŞH nömrəli əmrlə həmin Nazirliyin İstintaq baş idarəsinin rəisi vəzifəsinə təyin edilməklə 27 oktyabr 2015-ci il tarixədək həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 85.6-cı maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatların qeydiyyata alımtn-bina34243nmasını təşkil etmək, onlara baxılmasını, cinayət işi üzrə ibtidai istintaqın və ya ayrıayrı istintaq hərəkətlərinin aparılmasını müstəntiq yaxud müstəntiqlər qrupuna tapşırmaq, müstəntiqin cinayətin açılması, araşdırılması və qarşısının alınması üçün vaxtında müvafiq tədbirlər görməsinə nəzarəti həyata keçirmək, cinayət işləri üzrə hərtərəfli, tam və obyektiv ibtidai istintaq aparılması üçün zəruri təşkilati tədbirlər görmək, müstəntiqin icraatında olan işlərlə əlaqədar həmin Məcəllənin 84.5.3, 84.5.5, 84.5.8, 84.5.10 və 84.5.20-ci maddələrində nəzərdə tutulmuş məsələlər üzrə baxılması məcburi olan vəsatətləri ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi vəzifəsinin və xidmətdə olduğu qurumun milli təhlükəsizliyin təmin olunması, səlahiyyətləri daxilində cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması məqsədilə kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış və digər tədbirləri planlaşdırmaq, həyata keçirmək və bununla bağlı məsələləri həll etmək, kəşfiyyat, əks-kəşfiyyat tədbirlərinin keçirilməsi ilə bağlı müəyyən edilmiş qaydada qeyri-aşkar üsul və vasitələrdən istifadə etmək, habelə Azərbaycan Respublikasına qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti aparan xarici xüsusi xidmət orqanlarına və təşkilatlara nüfuzetməni həyata keçirmək, səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə istintaq və digər prosessual hərəkətləri həyata keçirmək və sair səlahiyyətlərindən yararlanıb qanunsuz yolla külli miqdarda maddi sərvət əldə etmək məqsədilə yaradılmış tabeliyində olan İstintaq idarəsinin 2- ci şöbəsinin rəisi Ələkbərov Vüsal Hicran oğlu və qeyrilərindən ibarət sabit cinayətkar qrupda - mütəşəkkil dəstədə birləşib mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə əlaqədar 30 sentyabr 2008-ci il tarixdə qəbul etdiyi qərarla “Texnikabank” açıq səhmdar cəmiyyətinin Bakı filialının müdiri Yusifov Zal Zakir oğlu və digərləri barəsində CM-nin 308.1 və 178.3.2-ci maddələri ilə 613 №-li cinayət işi başlamaqla işin ibtidai istintaqının aparılmasını, dəstənin üzvü Vüsal Ələkbərova həvalə etdikdən və özünün göstərişi əsasında sonuncunun 03 oktyabr 2008-ci il tarixli qərarı ilə həmin filiala ayrı-ayrı şəxslər tərəfindən yerləşdirilmiş, o cümlədən Nadirli (Əbdülqasımov) Samir Tahir oğlunun adına olan 704.000 avro məbləğində əmanəti dələduzluq yolu ilə ələ keçirməsi faktı üzrə “BİOİL” MMC-nin sədri Kazımov Nizami Firudin oğlunun CM-nin 178.3.1 və 178.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin eyni tarixli qərarı əsasında həbs qətimkan tədbirinin seçilməsindən sonra İstintaq baş idarəsinin rəisi olaraq vəzifəli şəxs kimi müntəzəm şəkildə tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla 2008-ci ilin oktyabr ayının əvvəllərindən etibarən Nizami Kazımovu dəfələrlə saxlanıldığı Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti, 14 ünvanında yerləşən MTN-nin İstintaq Təcridxanasından şəxsən öz xidməti kabinetinə gətirtdirmişdir…

(Davamı var)

«Təzadlar»ın Araşdırma Qrupu

mtn-bina34243

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN