Oktyabrın 4-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "Rəqəmsal xəbərlərin oxunaqlılığının artırılması üçün müasir strategiyalar" layihəsinin bağlanış mərasimi oldu.

Tezadlar.az xəbər verir ki, layihənin ikinci günündə Türkiyənin tanınmış mütəxəssislərinin iştirakı ilə master-klas və vörkşoplar təşkil olundu.

"Yaxşı məzmun nədir?; Rəqəmsal mediada fərq yaradanlar" mövzusunda master-klas keçən Doğukan Gezer və Suat Özdemir sosial mediada güclü brendin formalaşdırılması, daha böyük kütləyə çatmaq üçün paylaşıla bilən məzmunun yaradılması, rəqəmsal xəbərlər üçün ödənişli reklam, influnserlər ilə əməkdaşlıq, e-mail marketinqi və bülletenlərin gücündən istifadə barədə söz açdılar.

Sonra təlimçilər tərəfindən "Xəbər hazırlama prosesinin planlaşdırılması; Xəbərin yayımından sonra göstəricilərin ölçülməsi" mövzusunda təşkil olunan vörkşopda oxucuların davranış və seçimlərinin təhlili, məzmun təqvimi və yayım strategiyasının hazırlanması, başlıqlar və məzmun formatları üçün A/B testinin aparılması, axtarış mühərriklərində ön səhifələrdə görünmək üçün SEO-dan istifadə kimi məsələlər iştirakçıların diqqətinə çatdırıldı.

Daha sonrakı mərhələdə Kerim Asker "Rəqəmsal mediada dizayn" mövzusunda keçirdiyi vörkşop zamanı videonun istehsal mərhələləri, veb-sayt dizaynının və istifadəçi təcrübəsinin optimallaşdırılması və fərdiləşdirmə təcrübələrinin həyata keçirilməsi barədə geniş məlumat verdi.

Layihənin yekununda iştirakçılara sertifikatlar təqdim olundu.

Yeri gəlmişkən, qeyd edək ki, sertifikat alanlar arasında qəzetimizin və saytımızın əməkdaşı Elbar Şirinov da var.

20231006_111634

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN