Bu gün Yasamal rayon İcra Hakimiyyətinin H.Əliyev Mərkəzində tanınmış yazıçı- publisist Nüşabə Məmmədlinin məhsuldar yaradıcılığına və yubileyinə həsr edilmiş tədbir keçirildi...

Tədbirdə Azərbaycanın tanınmış ziyalıları, mədəniyyət xadimləri, eləcə də ölkənin ədəbiyyat xadimləri iştirak edirdilər. Professorlar- Asif Rüstəmli, Rüstəm Kamal, Azad Şükürov, millət vəkili Aydın Mirzəzadə, Əli Əmirli, eləcə də tanınmış iqtisadçı alim Azər Əlioğlu, ehtiyatda olan polis polkovniki Sahib Həsənov, "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili, Azərbaycan Yazıçılar Birliyinin şöbə müdiri Sayman Aruz və başqaları yazıçının həyat və fəaliyyətindən maraqlı xatirələr, əsərlərinin bədii üslubundan danışdılar.

Tədbirin sonunda qonaqlar xatirə şəkli çəkdirdi, həmçinin H.Əliyev Mərkəzində Ulu Öndərin həyat və siyasi fəaliyyətinə həsr edilmiş muzey ziyarət olundu, tədbir iştirakçıları görkəmli dövlət xadiminin zəngin ömür yolunu özündə əks etdirən eksponatlarla tanış oldular.

Daha ətraflı yazı təqdim ediləcək.

09374b2a-8647-48ab-bf79-57df952b08f0

BİZİM ARAYIŞ: Nüşabə Məhəmmədəli qızı Məmmədli (Məmmədova)- yazıçı, publisist, Azərbaycan Yazıçılar BirliyininAzərbaycan Jurnalistlər Birliyinin üzvü, "Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti" İctimai Birliyinin sədri, "Yazıçı qadınlar" jurnalının təsisçisi və baş redaktoru.
Nüşabə Məhəmmədəli qızı Məmmədli (Məmmədova) 6 yanvar 1953-cü ildə Azərbaycan Respublikasının Ağdam şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Xarici Dillər İnstitutuna daxil olmuş və oranı ingilis dili müəllimi ixtisası üzrə uğurla bitirərək əmək fəaliyyətinə ingilis dili müəllimi kimi başlamışdır. N. Məmmədli "Ədalət", "İnterfaks", "Reportar", "Karvan" qəzetlərində müxbir, baş redaktorun müavini, baş redaktor vəzifələrində çalışmışdır. N. Məmmədli bədii yaradıcılığa hələ erkən yaşlarında başlamışdır (1967). N. Məmmədli çoxlu sayda esse, mənsur şeirlərin, şeirlərin, lətifələrin, satirik hekayələrin, hekayə, oçerk, pritça, rəvayət və əfsanələrin, habelə alleqorik povestlərin və irihəcmli romanların müəllifidir. Onun çoxlu sayda əsərləri Qarabağa, şəhidlərə, qaçqınlara və əsr düşmüş qadınlara həsr olunub. Nüşabə Məmmədlinin Qarabağın əsir düşmüş qadınlarından bəhs edən "Zəngulə" romanı respublikamızda və eləcə də xarici ölkələrdə müxtəlif nominasiyalarda mükafatlara layiq görülmüşdür. Bu əsər 2005-ci ildə "İlin kitabı" elan olunmuşdur. Nüşabə Məmmədlinin "Göylərdə keçən ömür" sənədli povesti, "Bu bir oyundur" hekayələr kitabı, "Zəngulə", "Vicdan dustağı", "Sevgi xiyabanı" romanları oxucular tərəfindən maraqla qarşılanmışdır. 
42232fb1-801f-49d4-b2b1-c72e94cb2494

 Yazıçı "Рулады, или глас вопиющего в пустыне" ("Zəngulə") əsərinə görə Rusiya Federasiyasının Yazıçılar İttifaqı tərəfindən milli ədəbiyyatımıza verdiyi samballı töhvəyə görə Q. R. Derjavin adına orden ilə təltif olunmuşdur. N. Məmmədli 1000-ə yaxın publisistik məqalənin müəllifidir. Rusiya Federasiyası İrkutsk vilayətinin Ust-İlimsk şəhərində yaşayan zaman Qarabağ həqiqətlərinin ictimaiyyətə çatdırmaq məqsədilə məqalələri "Комсомольская правда", "Аргументы и факты", "Усть-Илимская правда" qəzetlərində dərc olunmuşdur. N. Məmmədli Türkiyədə baş verən dağıdıcı zəlzələdən bəhs edən 10-dan çox hekayə yazıb. Avrasiya Kitabxanaçılar Birliyi Dərnəyi tərəfindən I Uluslararası Avrasiya Türk Dünyası Uşaq Ədəbiyyatı Nəşri Simpoziumunda iştirak etdiyinə görə sertifikart almışdır (2014).

Nüşabə Məmmədlinin əsərləri rus, türk, ingilis, özbək və Ukrayna dillərinə tərcümə olunub. Kitabları İngiltərə, Rusiya Federasiyası, Türkiyə, Çexiya, Almaniya, Serbiya, Sloveniya, Ukrayna, Özbəkistan, Türkmənistan kitabxanaların fondlarında yer almışdır. Bir çox mükafat və fəxri fərmanlarla təltif edilib.

Ailəlidir. Bir oğlu var.

İrihəcmli əsərləri:

  • "80 budağın hərəsindən bir yarpaq" (2001)
  • "Zəngulə" (2003)
  • "Çadralı qadın" (2004)
  • "Bayraq, papaq və həqiqət" (2005)
  • "Qarasel qarı" (2006)
  • "Həyat çiçəyi" (2007)
  • "Bu bir oyundur" (2008)
  • "Göylərdə keçən ömür" (2008)
  • "Рулады, или глас вопиющего в пустыне" (2009)
  • "Vicdan dustağı" (2010)
  • "Sevgi xiyabanı" (2011)
  • "Son addım" (2013)
  • "Qondarma qız" (2015)
  • "Təsəlli" (2017)
  • "Türk koymadı yüregimi söksünler" (2018)
  • "Əsərlər" I cild (2019)
  • "Əsərlər" II cild (2021)
  • "Əsərlər" III cild (2022)
  • "Əsərlər" IV cild (2022)
  • Təqdim etdi: JASMİN
  • 4628da98-712e-4d5e-b912-cf4a886dc5b3
  • 5e1f78da-3733-4084-b942-527ec825786f
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN