...Həyat özü başdan ayağa bir fəlsəfədir...

Xalq artisti Rübabə Muradova  Cənubi Azərbaycanın Ərdəbil şəhərində dünyaya gəlib(1930-cu ildə.) O, ailənin ilk övladı olub. Atası Mirzə Xəlil Ərdıbil şəhərində  dini qürumqa çalışıb. Həm də (1933—cu ildən)  göz həkimi kimi fəaliyyət göstərib. Mirzə Xəlil və həyat yoldaşı Siddiqə xanımın ailənin ilk övladı olan Rübabəni  çox seviblər. Onlar bilmirdilər ki, bir gün Ərdəbil şəhərinin, oradakı rahat həyatlarını həmişəlik tərk edəcəklər. Bu 1946-cı ildə İranda baş verən siyasi təlatümlərlə bağlı idi.

 Mirzə Xəlil Ərdəbil şəhərində 1945-ci ildə qurulan Azəbaycan Demokratik  Firqəsinin Ərdəbil şəhəri şöbəsinin rəhbər işçilərindən biri  idi. 1946-cı ildə İngiltərənin  səyi ilə İranın sah rejimi hakimiyyətə gətirildikdən sonra, Azərbaycan Demokratik Firqəsi fəaliyyətini dayandırdı. Şah rejiminin təqibləri başlandı. Mirzə Xəlil yeddi nəfərdən ibarət ailəsini götürüb Şimali Azərbaycana üz tutur. Sərhəddi keçməkdə Mirzə Xəlilə Ərdəbildə hərbiçi kimi fəaliyyət göstərmiş Xəlilağa adlı gənc köməklik  edir. Xəlilağa Demokrat Firəqənin hakimiyyəti dövründə yaradılan Könüllü Xalq Ordusunda zabiti  idi. O, həm də Rübabənin nişanlısı olur. Rəsmən nişanlı olmasalar  da onların  sevgi  münasibətləri  ailə üzvlərinə məlum idi.  Xəlilağa onların sərhəddən keçirmək üçün hərbi hissənin maşınını gətirib ailənin sərhəddi rahat keçməsində köməklik göstəriri. O, özü də Mirzə Xəlilin ailəsi ilə birgə Şimali Azərbaycana gəlir...

***

  Ailə Salyan rayonunda məskunlaşır. Mirzə Xəlil Səlyan xəstəxanasında göz həkimi kimi işə düzəlir. Qızı Rübabə isə Xəlilağa ilə ailə həyatı qurur və bir evi kirayə tutub ayrı yaşamağa başlayırlar. Ailə qurarkən Rübabənin 17 yaşı olur. Xəlilağa isə ondan 7 yaş böyük idi. 1948-ci ildə onların qız övladları dünyaya gəlir. Qızın adını Qəmər qoyurlar. Lakin onların birgə həyatı uzun sürmür. Övladının təzə dünyaya gəldiyi zamanda Rübabə həyat yoldaşının ona xəyanət etdiyini  bilir. Bu onun üçün olduqca gözlənilməz olur. Həyat yoldaşına iradını bidirir. Ailədə münaqişələr başlanır. Nəhayət, bir gün Rübabə qızını da götürüb atası evinə gedir və bildirir ki, Xəlilağa bir daha onun adını tutmamalıdır.

 Öyrəndiyim mənbələrdən bəlli olur ki, Xəlilağa nə qədər çalışıb onu geri qaytarmaq istəsə də buna nail ola bilmir. O, Rübabəni mülayim xasiyyətli, mehriban qız kimi tanıyırdı. Amma Rübabənin bu xasiyyətləri ilə bərabər sərtliyi, tələbkarlığı da var idi ki, Xəlilağa bunlardan xəbərsiz idi. Onlar ayrılırlar.

***

 Anası Siddiqə isə Rübabəyə qızı Qəməri  saxlamaqda köməklik edir. Rübabə Səlyan rayon Mədəniyyət Evindəki xalq çalğı alətləri ansanblına  solist qəbul olunur. Kiçik qardaşı Ənvər də həmin kollektivdə tar ifaçısı kimi üzv olur. Onlar bacı-qardaş evdə birlikdə məşq edirlər. Rübabə oxuyur,  Ənvər isə onu tarda müşayiət edir.

 Rübabə 1949-50-ci illərdə Səlyan Mədəniyyət Evindəki xalq çalğı alətləri ansanblında müğənni kimi çıxış etməyə başlayır və artıq ictimaiyyət arasında tanınmağa başlayır. Səlyan sakinləri bu məlahətli səsi olan gənc qızı sevməyə başlayır. Onun böyük gələcəyi olduğunu söyləyirlər. Doğrudan da belə olur. 1950-ci ildə Bakı şəhərindən Səlyana qastrola ansanbl gəlir. Bakıdan gələn qonaqlar Səlyan Mədəniyyət Evində konsert  verirlər. Qonaqlar arasında Əfrasiyab Bədəlbəyli də olur. O, Rübabəni görür və səsini dinləyir. Bildirir ki, hökmən Bakıya gəlsin, nə kömək lazımsa, edəcəklər.

 Bu görüş Rübabənin həyatında yeni, gözlənilməz dönüş yaradırı. O, Bakıya yollanır. A.Zeynallı adına orta ixtisas musiqi məktıbinə daxil olur. Seyid Şuşinskidən dərs alır.

***

Rübabə Bakıya  gedərkən  azyaşlı qızı Qəməri Səlyanda anasının yanında qoyur. Siddiqə xanım  Qəmərə qulluq edir. Rübabənin isə başı sənət sahəsində uğurlar qazanmağa qarışdığından qızına diqqət ayırmağa vaxtı qalmır. Əslinə qalsa, o tez ailə həyatı quraraq övlad dünyaya gətirməkdə  tələsik addım atdığını indi anlamışdı. Amma olan olmuşdu. İndi qızı Qəmər ona uğursuz ailə həyatının acı xatirəsi kimi gürünürdü. Keçmiş həyat yoldaşı Xəlilağa isə Rübabə Bakıya getdikdən sonra başqa qadınla ailə həyatı qurur.  Amma o qızı Qəməri unutmur. Vaxtaşırı gəlib qızına baş çəkir.

 Bir gün o qızını aparıb özü saxlamaq istədiyini Siddiqə xanıma bildirir. Siddiqə xanım etiraz etmir. Xəlilağa qızını apararaq bir neçə il özü saxlayır. O başa düşürdü ki, sənət sahəsində uğur qazanmağa var gücü ilə çalışan Rübabə övladına lazımi diqqət və qayğı verməyə qadir olmayacaq. O, müntəzəm olaraq Qəməri nənəsigilə gətirir. Rübabə də Bakıdan Səlyana, ata-anasına baş çəkməyə gələndə qızını görərdi.

feyruz-2

 (Şəkildə- sağdan 1-ci Xəlilağa, 2-ci Qəmər, üçüncü R.Muradova, ayaq üstə qardaşı Ənvər).

 Nəhayət, Rübabə Bakıda öz ilk sənət uğurlarını qazanır. Xəlilağa isə Qəməri anasının yanına gətirib ona həvalə edib gedir. Rübabə artıq Azərbaycanın Əməkdar Artisti fəxri adına layiq görülmüşdü (1956-cı ildə). Həm də Bakıda, şəhərin mərkəzində ev də almışdı. Anasının yanına gələndə Qəmərin artıq 11 yaşı vardı. Çoxları Rübabənin belə bir qızının olmasını bilmirdilər. Axı qızı onun yanında böyüməmişdi. Bir də ki, Rübabə istəmirdi ki, onun uğursuz evliliyindən və bu evlilkdən qızı olduğunu Bakıda onu tanıyanlar və pərəstiş edənlər xəbərdar olsunlar. Ona elə gəlirdi ki, əgər tanıyanlar bundan xəbər tutsalar bu onun nüfüzuna xələl gətirə bilər.

feyruz-3

(Şəkildə: Qəmər Muradova)

 O, Bakıda yaşadığı illərdə Tələt adlı biri ilə ikinci dəfə ailə həyatı qurur və bu nigahdan onun   ikinci qız övladı dünyaya gəlir. Qızın adını Şahnaz qoymuşdular. Lakin Rübabənin ikinci nigahı da  birinci nigahı kimi uğursuz olur. Qızı dünyaya gələndən sonra onlar ayrılırlar. Rübabənin artıq  özünün evi olduğunda o, qızını da götürüb Tələtin evini tərk etmişdi. Onun ikinci nigahı, sanki elə birinci nigahının təkrarı idi.

***

 Bundan sonra Rübabə Bakıda kiçik qızı ilə tək qalmamaq üçün anası Siddiqə xanımı Səlyan rayonundan öz yanına, Bakıya gətizdirir.  Konsertlərə, tədbirlərə gedəndə anası Siddiqə  xanım evdə qalıb uşaqlara baxır və qayıdanda onu qarşılayırdı.

 Qəmər Bakıya anasının yanına gələndən sonra da onunla bir yerdə çox qalmır. Qız hiss edirdi ki,  anası kişik bacısı Şahnaza daha çox diqqət göstərir. Ona isə soyuq yanaşır. Elə bil atası Xəlilağaya olan kin-küdurəti Qəmərə ünvanlanmışdır. Bu açıq ifadə olunmasa da, Qəmər bunu hiss edirdi. O, özünü ögey övlad kimi hiss edir. Amma çalışırdı bunu büruza verməsin.  Yalnızn nənəsi Siddiqə xanımın xoş münasibəti ona təsəlli olur.

 Yetkinlik yaşına çatanda o anlayır ki, tez ailə qurub anasının evini nə qədər tez tərk etsə, bir o qədər yaxşı olacaq. Qəmər 16 yaşı olanda Ağappa adlı oğlanla tanış olur. Oğlan ticarət sahəsində işləyir. Ağappa onunla ailə həyatı qurmaq istədiyini bildirir. Onlar evlənirlər və ailə həyatları uğurlu olur. İki oğul övladları dünyaya gəlir. Fazil və Ruzigar. Ağappa mağaza müdiri işləyir. Bakının Bakıxanov qəsəbəsində üçotalı ev alıb, övladları Fazil və Ruzigarı böyüdüb birlikdə tərbiyyə edirlər. Qəmər özü həyatda yol tapmaq məcburiyyətində qalır. Bu yolda ona həyat yoldaşı yardımçı olur. O, öz həyatını yaşayır və anasını xatırlamamağa çalışır. Bilir ki, gənc yaşında onu həyata gətirmiş müğənni ananın yanında ona heç vaxt yer olmayacaq.

 Anası Rübabə xanım ikinci nigahdan olan qızı Şahnaza daha çox qayğı, diqqət göstərməkdə davam edir. Qəmərin getməsi, hətta ona yüngüllük  gətirir. Belə bir qızının olmasını yada salmamağa, unutdurmağa can ataraq buna nail olur. Televiziya verilişlərində, qəzetlərdə yalnız bir qızı olmasını bildirir. Hər yerdə onun yalnız bircə qızı olduğu söylənilir.

***

  Atası Xəlilağa qızı ailə həyatı qurduqdan sonra da Qəmərlə əlaqəsini kəsmir. Lakin Xəlilağa ağır xəstəliyə düçar olur. Ona xərçəng diaqnozu qoyulur. Bunu bilən Qəmər Gəncəyə gedib ona baş çəkir. Atasının daha yaxşı müalicə olunması üçün Xəlilağanı Bakıya gətirdir. Lakin onun bütün səylərinə baxmayaraq müalicələr faydasız qalır. Xəlilağa 1974-cü ildə xəstəxanada dünyasaını dəyişir... Atası dünyasını dəyişdikdən sonra Qəmər onu Bakıxanov qəsəbə qəbirsanlığında dəfn etdirir. Atasının dəfn mərasimini də o verir. Qəmər atasını çox sevirdi. Atası heç vaxt ondan öz diqqətini əsirgəməmişdi.

***

 Rübabə Muradova 1983-cü ildə dünyasını dəyişir. Ölümündən sonra Rübabə xanım bütün əmlakını  kiçik qızına əmanət edir. Qəmərə isə heç nə vəsiyyət etmir. Onun haqqında çəkilən televiziya verilişlərində yalnız qızı Şahnaz və kiçik bacısı Tahirə müsahibələr verirlər. Qəmərin adı isə heç bir yerdə tutulmur. Yalnız R.Muradovanın ölümündən uzun illər keçəndən sonra Qəmər ekranlarda görünməyə başlayır. Səbəb də bu idi ki, Qəmərin maddi cətətdən imkanı yaxşılaşmışdı. O, ticarətlə məşğul olur, həm də hüzür mərasimlərinə molla kimi şağrılırdı. Gözəl səsinin, gözəl danışıq qabiliyyətinin olması və özünü bilikli apara bilməsi adamları cəlb edirdi. Bakının ən nüfuzlu adamlarının dəfn mərasimlərinə Qəməri çağırardılar. Bakı və ətraf rayonların adamları hüzür mərasimlərində Qəməri görmək    istəyirdilər. Məclislərdə söz sözü çəkər və Qəmərin anasının kim olması üzə çıxardı. Yalnız bundan sonra Qəmər Rübabə Muradovanın qızı kimi tanındı və televiziya verilişlərinə dəvət olundu. O, anası haqqında müsahibələr verir. Anası haqqında televiziya çəkilişlərində yalnız xoş sözlər söyləyir. Ona görə ki, anası ilə aralarında mövcud olan əsl münasibətlərini açıb ağartmağı özünə yaraşdırmır. Kiçik bacısı isə onu ilk dəfə televiziya ekranında görəndə bundan narazı qalır və deyir: «Hamı bilir ki, Rübabə xanımın yalnız bircə qızı var. O, da mənəm…». Lakin onun bu ifadələri gözlədiyi təsiri doğurmur. Artıq həqiqət üzə çıxmışdı, Rübabə xanımın Qəmər adında qızının olması hamıya məlum olmuşdu.

 2022-ci ildə mart ayında Qəmər dünyasını dəyişir. Dünyasını dəyişərkən onu atası Xəlilağanın məzarının yanında dəfn etmələrini qızı Kəmalədən və böyük oğlu Fazildən xahiş edir. Övladları onun vəsiyyətinə əməl edirlər. Dediyi kimi, Qəməri atası Xəlilağanın məzarının yanında dəfn etdirlər.

 Bu gün Sabunçu rayonunun Bakıxanov qəsəbə  qəbirisanlığında Xəlilağa ilə qızı Qəmərin məzarları yanaşıdır…

  Feyruz Muradov,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

(Xüsusi olaraq "Təzadlar" üçün)

feyruz-mur

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN