Daxil olan şikayətə başqa ad vermək mümkün olmadı…

Bir qrup şikayətçinin adından Loğman Hüseynovun «Təzadlar»ın elektron poçtuna göndərdiyi müraciətini əsaslı olması səbəbindən təqdim edirik. Şikayətçilər yazırlar: «Hörmətli «Təzadlar». Bu dəfə "Bahar karqo"yla bağlı daxil olan şikayətin üzərində durmaq qərarına gəldik. Çünki  müştərinin təqdim etdiyi sübutlar onu deməyə əsas verir ki, sözügedən karqo, aşkar şəkildə istehlakçı hüquqlarını pozur  və heç bir qaydaya məhəl qoymur. Digər vətəndaşların bu karqonun "tor"una düşməməsi və maarifçilik adına bu şikayətin mediada getməsini lazımlı və önəmli hesab edirik. Hər halda müvafiq dövlət qurumuna göndərilən şikayət təəssüf ki, nəticəsiz qalib. Daha doğrusu,  qurumun geridönüş edən əməkdaşı, çox əcaib şəkildə, belə karqo barədə məlumat olmadığını bildirib və bununla bağlı başqa quruma müraciət etməyi tövsiyyə edib. Halbuki, əgər bir karqo özbaşına fəaliyyət göstərirsə, bu ciddi qanun pozuntusudur, həm də "Antiinhisar" Dövlət qurumunun məsuliyyət arealına daxil olan bir məsələdir. Düşünürük ki, bu cür qaydasız karqoların ifşa olunması və layiqli cəzasını alması üçün vətəndaşın ümid yeri mediadır. Bundan dolayı da "Bahar" karqonun müştərisi olmuş Loğman Hüseynov adlı vətəndaşın haqlı və dramatik şikayətini, gündəmə gətirməniz üçün sizə təqdim edirik. Əvvəlcədən təşəkkürlər!".

***

Şikayətdə daha sonra yazılır: "Bəs "Bahar karqo" müştərilərə necə "tor" qurur? Əvvəla onu bildirməliyik ki, "Bahar karqo" adı daşınma şirkətindən ilk dəfə yayda istifadə etmişdik. Hələ o zaman əcaib bir problemlə qarşılaşmışdıq: yay fəslində "Neftçilər anbarı"nda kondisioner yox idi! Şirkətin əməkdaşı problemin tezliklə həll olacağını desə də, sonradan bunun səbəbini "əlavə xərc olması" ilə əsaslandırdı. Lakin artıq bağlama çoxdan sifariş edilib gəlmişdi və tez xarab olan məhsul zərər görmüşdü. Etirazlardan sonra şirkət məhsulun dəyərini qismən kompensasiya etməyə razılaşdı. Bu qüsur böyük bir problem demək idi, çünki çoxlu müştəri yay fəslində qida maddələri və kosmetika məhsulları sifariş edir. Lakin məsafə yaxınlığı, vəd edilən qiymətin ucuzluğu səbəbindən, sonradan yenidən "Bahar" karqodan istifadə etməli olduq. Təbii ki, sərinlər düşdüyü zaman. Bu dəfə isə daha dramatik və əcaib problemlə qarşılaşdıq: şirkət SAYTINDA VƏD ETDİYİ TARİFƏ əməl etmədi! Bağlamanın çəki haqqını çox hesabladı. Belə ki, rəsmi saytında elan etdiyi tarifə əsasən 10 kq və üstü bağlamaların çəkisini 1,1 dollardan hesablayacağını vəd etsə də, sonradan 1,5 dollardan hesabladı. Şirkətə dəfələrlə etdiyimiz xəbərdarlıqlara, məsulu ilə apardığımız telefon danışığına baxmayaraq, inadından və səhvindən dönmədi. Karqo bu qərarını belə bir absurd arqumentlə əsaslandırdı ki, guya onlar sosial mediada başqa cür tarif qeyd ediblər və müştəri də saytı deyil, sosial medianı əsas götürməliymiş(!!).

Halbuki bir şirkət üçün əsas olan məhz saytıdır və üstəlik də 2 fərqli tarif elan etmək, zatən müştəri haqlarını və müvafiq qanunları aşkar şəkildə pozmaqdır! Şirkət bəlkə də bundan sonra sudan quru çıxmaq üçün problemi hansısa texniki səhvlə əsaslandırmağa çalışacaq, lakin xəbərdarlıqdan sonra da səhvlərini düzəltməmələri bu arqumenti bəribaşdan inkar edir. Və bu da o deməkdir ki, Ortada, AŞKAR SAXTAKARLIQ VƏ İSTEHLAKÇI HAQLARI POZUNTUSU VAR! Məsələn, bizim BHK1450634 nömrəli bağlamanın çəkisi 10 kq-dır və tarifə əsasən 11 dollar hesablanmalıydı, lakin 15 dollar hesablandı!".

Redaksiyadan: «Bahar» Karqo-nun rəsmi sayılan saytındakı əlaqə vasitələrinə diqqət yetirdik. Məlum olur ki, bu yükdaşıma şirkəti Bakı-Naxçıvan-Bakı marşrutu üzrə xidmət göstərir. Şirkət barədə isə saytda yazılır: «Baharkargo.az daşınma sahəsində bir qrup professionalın yaratdığı şirkətdir. Daha çox insana çatdırmaq ümidi ilə yola çıxdıq. Əsas məqsədimiz maksimum müştəri məmnunluğu oldu. Daşınma sahəsində illərlə topladığımız təcrübəni bir araya gətirdik. Məmnunluğu təmin etməkdən ötrü idarəetməyə professional yanaşdıq. Bizdə yalnız işinin ası olanlar çalışır. Əməkdaşlarımız öz sahəsi üzrə professionallardır. Həm də vaxtaşırı təlimlərə cəlb olunur, daşınma işinin sirlərinə daha dərindən yiyələnirlər. Bundan əlavə gənc, dinamik və gülərüz kollektivimiz hər zaman müştərilərə xüsusi qayğı və diqqətlə yanaşırlar. Baharkargo sadəcə bir şirkət deyil həm də daşınmaya fərqli yanaşmanın müasir ideyasıdır. Yenicə fəaliyyətə başlasaq da, artıq kifayət qədər uğurlarımız və gördüyümüz işlər təqdirəlayiqdir. Bu fikir bizdən razı qalan müştərilərin dilində daima öz əksini tapmaqdadır. Çünki şirkətin fəaliyyəti yükdaşıma üzrə beynəlxalq standartların tələblərinə uyğun olaraq qurulmuşdur. Ən əsası isə Azərbaycan Respublikasının bu sahədə qüvvədə olan qanunvericiliyinin bütün tələblərinə əməl etməklə sizlərin məmnunluğunu təmin edirik».

Lakin ortada yaranmış bəzi suallarla bağlı şirkətin  0555556520 telefonuna zəng etsək də, cavab verən olmadı…

O da maraqlıdır ki, şirkətin saytında ««Baharkargo.az daşınma sahəsində bir qrup professionalın yaratdığı şirkətdir…» yazılsa da, bu peşəkarların kimliyi gizli saxlanılır. Üstəlik, rəhbərliyin və ya hansısa məsul şəxsin niyə əlaqə telefonu olmasın ki?! Üstəlik, axı niyə ikili taarif tətbiq edilib müştərini süni surətdə aldatmaq lazımdır? Bu ki sonda müştəriləri itirmək, şirkətin nüfuzuna zərbə vurmaqdır…

Şirkətin məsul şəxslərinin də mövqeyini təqdim edə bilərik.

SƏBUHİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN