Bakinin Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi - 11 k ünvanında fəaliyyət göstərən “Flora Holland” gül mağazası elanla bağlı dil xətasını düzəldib...

Bir müddət əvvəl "TEZADLAR.AZ" saytında ""Flora HOLLAND" Azərbaycanda fəaliyyət göstərdiyini unudub" başlıqlı tənqidi yazı dərc edilmişdi.

Buna səbəb isə həmin mağazanın qarşısındakı lövhəyə endirimlə bağlı elanın rus dilində yazılması olmuşdu. 

Qeyd edək ki, həmin yazıdan sonra məşhur gül mağazası yeni elanını dövlət dilimiz olan ana dilimizdə - Azərbaycan türkcəsində yazıb.

flora-yeni-2

Tənqiddən nəticə çıxararaq bu düzəlişi etdiyinə görə mağazanın rəhbərliyinə təşəkkürümüzü bildiririk və ana dilimizə hörmət etdiklərinə görə oxucularımızı da "Flora HOLLAND"ın  endirimli və münasib qiymətlər ilə təklif etdiyi gül-çiçəklərindən və bağçılıq məhsullarından yararlanmağa çağırırıq.

Bura Azərbaycandır və dilimiz də Azərbaycan türkcəsidir!

Y.MƏMMƏDLİ 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN