Bəs «Şakir» MTK işi üzrə istintaqa nəzarət edən Nərimanov rayon Prokurorluğu niyə həmin müstəntiqi cəzalandırmayıb???

 Suallar çoxdur. Axı necə olur ki, dələduzluğun qurbanı olan zərərçəkmiş həm də dələduzluqda şübhəli bilinənlər tərəfindən döyülüb ciddi bədən xəsarətləri alır???  Bu barədə zərərçəkmişin «Təzadlar»ın rəsmi saytının 6 oktyabr 2023-cü il tarixli buraxılışında yayımlanmış şikayətində ətraflı bəhs edilmişdi (Yazının linkini təqdim edirik: https://tezadlar.az/index.php/en/agenda/21468-n-ri-manov-rayon-prokuroru-saki-r-mtk-nin-90-mi-n-dollarliq-d-l-duzlugunu-hi-may-edi-rs

 Beləliklə, Bakı şəhər sakini Niftəliyev Nurəddin Xasay oğlunun «Təzadlar»a etdiyi müraciətinin kömək gözləmə ünvanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev idi. Zərərçəkmişin cənab Prezidentə ünvanlı şikayətini oxuduqca ciddi düşünməyə və həm də təəssüflənməyə bilmirdik. Axı niyə Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov Prezidentin imzaladığı «Prokurorluq haqqında» Qanunda nəzərdə tutulmuş vəzifəsini qanuni səviyyədə icra etmir ki, şikayətçi də Azərbaycanın Qarabağ kimi yüzillik problemini həll etməkdə olan, dünyanın ermənipərəst dövlətləri ilə mübarizə aparan Prezident İlham Əliyevdən kömək istəsin?! Hansı ki, prokuror fəaliyyət göstərdiyi rayonda polisin istintaq icraatına nəzarət etməlidir. Bəs necə olur ki, Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov Nərimanov rayon Polis İdarəsi istintaq şöbəsinin müstəntiqi Elnur Məmmədovun bir cinayət işi üzrə 13 dəfə qəbul edib ləğv etdiyi qərarına susub və niyə müstəntiqin barəsində müvafiq qərar qəbul etməyib???

 Bu gün isə şikayətçi və iş üzrə zərərçəkmiş Niftəliyev Nurəddin Xasay oğlunun şikayətindən sonra Nərimanov rayon Prokurorluğu daha bir xətm qərarı ilə onun hüquqlarını tanıyıb. Aşağıda prokurorluğun 19 oktyabr 2023-cü il tarixli qərarını olduğu kimi təqdim edirik:

«QƏRAR

(Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilib, icraatın təzələnməsi haqqında) 

19 oktyabr 2023-cü il, Bakı şəhəri

Bakı şəhəri Nərimanov rayon prokurorunun müavini, kiçik ədliyyə müşaviri Tural Haqverdiyev, Nərimanov RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə istintaqı aparılaraq icraatına xitam verilmiş 230060535 saylı cinayət işinin materiallarını nəzərdən keçirib,

MÜƏYYƏN ETDİM:

 Həmin cinayət işi Niftəliyev Nurəddin Xasay oğlunun ərizəsi əsasmda toplanmış material üzrə fakta görə, 12 oktyabr 2022-ci il tarixdə İŞ-nin müstəntiqi Elnur Məmmədov tərəfindən Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə başlanaraq icraatına qəbul edilmişdir. Cinayət işinin başlanmasına əsas və səbəb: Niftəliyev Nurəddin Xasay oğlu Bakı şəhəri Nərimanov rayonu Həsənoğlu küçəsi 851-ci məhəllə, ev 10 ünvanda yerləşən 165 kvm. sahəli 110 A saylı mənzili almaq üçün Şükürov Ramil Əkbər oğluna 80.000 (səksən min) ABŞ dolları məbləğdə pul vermiş, lakin sonunsu tərəfındən aldadılmış, bundan sonra aralarında yaranmış məsələlərə aydınlıq gətirmək üçün mübahisələri olmuş, 20 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu N.Hacıyev küçəsi 7A ünvanmda yerləşən “Dostluq” kafesinin 7 saylı yemək otağında Hüseynov Tural Şakir oğlu və Səfərov İlizbar Vəliyəddin oğlu N.Niftəliyevi döyərək qəsdən sağlamlığına yüngül zərərvuran xəsarət yetirmələri ilə müşayiət edilən qərəzli hərəkətlər edib xuliqanlıq etmələri barədə Niftəliyev Nurəddin Xasay oğlunun verdiyi ərizələr əsasında toplanmış material olmuşdur.       

 01 noyabr 2022-ci il tarixdə İŞ-nin müstəntiqi Elnur Məmmədov tərəfindən cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmış, 30 noyabr 2022-ci il tarixdə tərəfimdən cinayət işi üzrə icraat təzələnmiş və işraatıma qəbul edilmişdir. 07.12.2022-ci il tarixdə cinayət əməli Azərbaycan Respublikası CM-nin 221.1 maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilmiş, 07 dekabr 2022-ci il tarixdə cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmış, 05 yanvar 2023-cü il tarixdə cinayət işinin icraatı təzələnmiş və icraatına qəbul edilmişdir.

 05 yanvar 2023-cü il tarixdə İŞ-nin müstəntiqi Elnur Məmmədov tərəfindən Hüseynov Tural Şakir oğlu və Səfərov İlizbar Vəliyəddin oğlu barəsində axtarış elan edilmiş və həmin gün işin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3- cü maddəsinə əsasən dayandırılmışdır.

18 yanvar 2023-cü il tarixdə İŞ-nin müstəntiqi Elnur Məmmədov tərəfindən cinayət işinin icraatı təzələnmiş, 18 yanvar 2023-cü il tarixdə Səfərov İlizbar Vəliyyəddin oğlu şübhəli şəxs qismində tutulmuşdur.

 20 yanvar 2023-cü il tarixdə Səfərov İlizbar Vəliyyəddin oğlunun şübhəli şəxs statusu saxlanılmaqla o, saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.

tural-1

20 yanvar 2023-cü il tarixdə Hüseynov Tural Şakir oğlu barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.

27 yanvar 2023-cü il tarixdə İŞ-nin müstəntiqi Elnur Məmmədov tərəfindən Hüseynov Tural Şakir oğlu və Səfərov İlizbar Vəliyəddin oğlunun barəsində şübhəli şəxs statusuna və barəsində seçilmiş qətimkan tədbirinə xitam verilmişdir.

09 fevral 2023-cü il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmış, 09 mart 2023-cü il tarixdə cinayət işi Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Cavanşir Mayılov tərəfmdən icraata qəbul edilmiş və işin icraatı təzələnmişdir.09 mart 2023-cü il tarixdə tərəfimdən cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmış, 04 may 2023-cü il tarixdə Bakı şəhər prokurorunun müavini, ədliyyə müşaviri Mobil Şəfiyev tərəfindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilmişdir.

09 mart 2023-cü il tarixdə İŞ-nin müstəntiqi Elnur Məmmədov tərəfindən cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmış, 01 iyul 2023-cü il tarixdə cinayət işinin icraatı təzələnmiş və Kərimov Vasif Vaqif oğlu barəsində axtarış elan edilərək, işin icraatı həmin gün Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır.

10 may 2023-cü il tarixdə İŞ-nin müstəntiqi Elnur Məmmədov tərəfindən cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmış, 01 iyul 2023-cü il tarixdə cinayət işinin icraatı təzələnmiş və Kərimov Vasif Vaqif oğlu barəsində axtarış elan edilərək, işin icraatı həmin gün Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır.

19 iyul 2023-cü il tarixdə həmin cinayət işinin icraatı Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Məhəmməd Tağıyevə həvalə edildiyindən cinayət işi onun tərəfındən icraatına qəbul edilmiş və işin icraatı təzələnmişdir.

21 iyul 2023-cü il tarixdə müstəntiq Məhəmməd Tağıyev tərəfındən Kərimov Vasif Vaqif oğlunun şübhəli şəxs statusu saxlanılmaqla o, saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilmişdir.

22 iyul 2022-ci il tarixdə cinayət işinin icraatı İŞ-nin müstəntiqi Elnur Məmmədova həvalə edildiyindən icraatına qəbul edilmişdir.

23 iyul 2023-cü il tarixdə cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmış və 21 sentyabr 2023-cü il tarixdə cinayət işinin icraatı təzələnmişdir.

21 sentyabr 2023-cü il tarixdə müstəntiq Elnur Məmmədov tərəfındən iş üzrə icraata Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqmda qərar qəbul edilmişdir.

Cinayət işi rayon prokurorluğunda öyrənilərkən müəyyən edilmişdir ki, müstəntiq tərəfındən zəruri istintaq hərəkətləri həyata keçirilmədən iş üzrə istintaqın hərtərəfli tam və obyektiv aparılması təmin edilməmiş, iş üzrə faktlara obyektiv hüquqi qiymət verilməsi üçün zəruri olan istintaq hərəkətləri aparılmamışdır.

 Qeyd olunanlara əsasən zərərçəkmiş şəxs Nurəddin Niftəliyevin almış olduğu xəsarətlərin hansı şəraitdə yetirilməsi ilə bağlı hadisənin şahidləri müəyyən edilməklə dindirilməli, məhkəmə-tibb ekspertiza rəyləri arasında ziddiyyətlər olduğundan məhkəmə-tibb eksperti dindirilməklə qeyd olunan xüsusata aydınlıq gətirilməli, istintaq zamanı ortaya çıxan bütün xüsusatların ətraflı yoxlanılması məqsədilə zəruri istintaq hərəkətləri həyata keçirilməli və aparılacaq ibtidai istintaqın tezliyi təmin edilməklə yekun obyektiv hüquqi qərar qəbul edilməlidir.

Odur ki, cinayət işi üzrə müstəntiq Elnur Məmmədov tərəfindən qəbul olunmuş 21.09.2023-cü il tarixli qərar qanunsuz və əsassız olduğuna görə ləğv edilməli, yuxarıda göstərilən zəruri istintaq hərəkətləri icra olunmalıdır.

Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 84.5.7 və 84.5.8-ci maddələrini rəhbər tutaraq,

QƏRAR VERDİM:

  1. Nərimanov RPİ-nin İŞ-in müstəntiqi Elnur Məmmədov tərəfındən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə istintaq olunan 230060535 saylı cinayət işi üzrə icraata xitam verilməsi barədə 21.09.2023-cü il tarixli qərarı əsassız və qanunsuz olduğuna görə ləğv edilsin və iş üzrə icraat təzələnsin.
  2. Cinayət işi istintaqın davam etdirilməsi üçün Nərimanov RPİ-nin İŞ-nə göndərilsin.

Tural Haqverdiyev,

Nərimanov rayon prokurorunun müavini, ədliyyə müşaviri».

«Təzadlar»dan: göründüyü kimi, Nərimanov RPİ İŞ-nin müstəntiqləri tərəfindən bir cinayət işi üzrə 13 dəfə qərar qəbul olunmuşdur… Sual olunur: hər dəfə yeni ləğv qərarını Prokurorluq  qəbul etmişdir, hər dəfə də müstəntiqlərin əsassız və qanunsuz qərar qəbul etdiyi qərarda öz əksini tapmışdır. Qanunla istintaqa prokurorun  nəzarəti olursa, yaxşı, Nərimanov rayon Prokuorluğunda müstəntiqin əsassız və qanunsuz hərəkətlərini bir dəfə görmədilər, iki dəfə görmədilər, bəs necə ola bilər ki, 13 dəfə görmədilər? Bəs prokuror nəyi görürmüş???

Mövzuya qayıdılacaq.

«Təzadlar»ın Araşdırma Qrupu

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN