“Ermənilər ölüb, onları basdırmağa kimsə tapılmır..."

“Armenian Weekly” saytında “We’re dead, and there’s no one to bury us” (Biz ölmüşük, bizi basdımağa kimsə tapılmır) adlı məqalə Qarabağ ermənilərinin Ermənistana kütləvi köçündən bəhs edir.  Azərbaycan oxucusu üçün maraqlı ola biləcək bəzi məqamları təqdim edirəm. 
“Patriot” ermənilər Qarabağ ermənilərinin “qanını içir”.
 Belə ki, on minlərlə Qarabağ ermənisinin Ermənistana qəfil axını ölkədə kirayə evlərin qiymətini kəskin şəkildə qaldırıb. Müəllif bununla bağlı yazır: “Ermənilərin “artsax”dan gəlişindən sonra ev sahibləri mənzillərin qiymətini iki-üç dəfə artırdılar. Torozyan deyir ki, əvvəllər aylıq kirayəsi 40 min dram, təxminən 100 dollar olan evin qiyməti indi 90 min drama yüksəlib, demək olar ki, 225 dollardır. 12 nəfərdən ibarət olan Sirun ailəsi Hariç kəndində ayda 350.000 dram, təxminən 871 ABŞ dolları qarşılığında kirayə evdə qalır”...
Təsəvvür edə bilirsinizmi, Ermənistanın hansısa kəndində 12 nəfərin qalması üçün kirayə verilən mənzilə görə 871 dollar tələb olunur. İndi görün paytaxt daxil olmaqla digər iri şəhərlərdə kirayə evlərin qiyməti neçəyə ola bilər. “Patriot” ermənilər evsiz-eşiksiz qalmış soydaşlarının hesabına varlanmağa çalışırlar...
Tiqran niyə Mayk oldu? Lillian Avedian yazır: “Bu ailə ilə hücumdan üç həftə sonra Ermənistanda tanış oldum. Mayk və onun iki bacısı “artsax”a hücumdan sonra qorxudan danışa bilmirmiş. İndi onlar yenidən danışmağa başlayıb. "Hər kəs ona Mayk adını qoyduğuma təəccübləndi", Sirun mənə deyir. “Dedilər ki, mən ona erməni şahlarından biri olan Tiqran kimi erməni adı qoymalıydım. Sanki ürəyimə damıbmış ki, “artsax”ı tərk edib xaricə gedəcəyəm”.
Yəni bu məqam özülüyündə çox şeydən xəbər verir. Qarabağdakı separatçı ermənilər hələ antiterror əməliyyatından çox-çox əvvəl xaricə daşınmaq haqqında düşünürmüşlər. Ona görə də uşağa erməni adı yox, məhz Qərbdə xüsusi ilə populyar olan Mayk adı veriblər... “Biz geridə bir ermənini qoyacağıq, qoyacağıq ki, muzey eksponatı kimi qalsın”.
 Sirun azərbaycanlıların “artsax”a son hücumuna fərqli yanaşır. O, bunu etnik təmizləmə adlandırır. “Onların məqsədi etnik təmizləmə idi. Təlat Paşa hələ o vaxt demişdi ki, biz geridə bir ermənini qoyacağıq, qoyacağıq ki, muzey eksponatı kimi qalsın” – deyən Sirun Osmanlı liderini və 1915-ci ildə başlayan erməni “soyqırımı”nın memarlarından birinin fikrinə istinad edir”...

Elbəyi HƏSƏNLİ,

Surix

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN