booked.netbooked.net booked.net  

…Azərbaycan hamımızın -sənin, mənim, onun…  anasıdır! Adam da anasını qoruyana qərəzli və əyri gözlə baxarmı?!

 Sözümün mətləbi var: dəfələrlədir Azərbaycan Dövlət Sərhəd Xidmətinin ümumi fəaliyyətinə qərəzli yanaşma ruhlu yazılara rast gəlirəm. Açığı, bəzən bu tip yazıların ictimai fikrə təsir etməyən, proqram təminatı zəif və aşağı səviyyədə olan saytlarda rastıma çıxdığını nəzərə alıb fikir vermək belə istəməmişəm. Amma vicdan narahatlığı da məni sakit buraxmayıb… Amma qərəzin, belə demək mümkünsə, sərhədi aşan faiz dərəcəsinin getdikcə böyüdüyünü görəndə, bu dəfə mövqeyimi bildirməyi özümə borc bildim.

 Söhbət Azərbaycan dövlətinin sərhədlərinin keşiyində gecə-gündüz dayanan bu xidmət əməkdaşlarının zəhmətini görməmək «xəstəliyindən»  gedir. Özünü jurnalist adlandıran bəziləri tamamilə unudurlar ki, sərhədçi təkcə sərhədi qorumur, o həm də anamız Azərbaycanı düşməndən qoruyur! Bəs sizlər? Adam da, sözün böyük mənasında, ANASINI  qoruyana kəm baxar, ona qərəzli yanaşar, kor olub xidmətini görmək istəməz? Yapışmısız bu yaxınlarda Göytəpə zastavasında dünyasını dəyişmiş sərhədçinin ölüm səbəbindən və günahı da Dövlət Sərhəd Xidmətində axtarırsınız. Halbuki həmin məlumatı rəsmən elə DSX özü yaymışdır. Ölüm hadisəsi xəstəlik səbəbindən olubsa, bunda DSX-nin nə günahı? Qərəzin də ən yekəsi ondadır ki, DSX-nin Mətbuat Mərkəzinin az qala hər gün yaydığı uğurlu fəaliyyətləri «görmürsünüz», amma bir ölüm hadisəsini dərhal bayraq edirsiniz ki…

elcin-qul-3

 Təkrar edirəm, nəyisə əlinizdə bayraq etmək istəyəndə, ən azı göydə «Kukruznikləri», yerdə isə Dövlət Sərhəd Xidmətinin 44 günlük Zəfər müharibəmizdəki xidmətlərini düşünün. Bir az da dəqiq olsun deyə, xatırladım ki, məhz DSX-nin rəisi, general-polkovnik Elçin Quliyevin rəhbərliyi altında 44 günlük Vətən savaşında döyüşən əsgərlərin, MAXE-lərin, gizirlərin, zabitlərin, generalların qəhrəmanlığı yüksək qiymətləndirilib. Ali Baş Komandan, Prezident İlham Əliyevin tərəfindən PUA-ların idarə edilməsinin komandiri, general-leytenant Əfqan Nağıyev 44 günlük döyüşdə göstərdiyi peşəkarlığa, qəhrəmanlığa görə “Qarabağ” ordeni və digər medallarla təltif olunub. Eyni zamanda Sərhəd Qoşunlarının bir çox general, zabit və əsgərləri də ən ali mükafatlara, orden və medallara layiq görülüblər. Sərhəd Qoşunlarının isə 2-ci Qarabağ müharibəsində 4000-ə qədər əsgər, MAXE, gizir, zabit və generallrı iştirak edib. Onlardan 47 nəfəri şəhid olub, 201 nəfəri qazidir. Sərhəddçilərimizdən 12 nəfəri Vətənin ən ali mükafatına- Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb və s.

Bu da Dövlət Sərhəd Xidmətinin Vətən Müharibəsi Qəhrəmanları:

  1. General-leytenant Mehdiyev İlham İsmayil oğlu;
  2. General-mayor Qurbanov Babək Vahid oğlu;
  3. General-mayor Sultanov Vüsal Eynulla oğlu;
  4. Polkovnik Ələkbərov Babək Mürsəl oğlu;
  5. Polkovnik-leytenant Məmmədov Anar Ibrahim oğlu;
  6. Polkovnik-leytenant Hüseynquliyev Şahin Yusif oğlu;
  7. Mayor Quliyev Röyal Ilham oğlu;
  8. Polkovnik-leytenant Səfərov Elvin Sərraf oğlu;
  9. Baş gizir Allahyarov Şahin Hüseynbala oğlu;
  10. Baş gizir Yusifli Azər Nazim oğlu;
  11. Kiçik gizir Novruzov Amin Tacəddin oğlu;
  12. Kiçik gizir İbrahimli Nail Nəriman oğlu.

elcin-dsx

 Mən hələ kor gözlülərə və kar qulaqlılara… onu da xatırladım ki, Avstraliya kimi böyük bir ölkənin hərbi  texnoloqları, generalları Azərbaycanın pilotsuz döyüş təcrübəsindən yaranlamaq barədə düşünürlər. “Təzadlar” qəzeti bu ölkənin defenceconnect. com.au saytı (https://www.defenceconnect.com.au/key-enablers/7826-from-armenia-and-azerbaijan-what-can-australian-learn nüfuzlu hərbi jurnalında dərc olunmuş “HAVA MÜBARİZƏSİNİN GƏLƏCƏYİ” (“THE FUTURE OF AIR FİGHTING” və «From Armenia and Azerbaijan, what can Australian learn?») başlıqlı məqalələri bir müddət əvvəl Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırıb. Məqalədən kiçik bir sitat: «…Maraqlıdır ki, 44 günlük müharibənin başlanğıcında Azərbaycan Sovet dövründəki “kukruznik” adlandırılan AN-2 təyarələrini PUA-ya çevirdi və Ermənistanın hava müdafiəsi sistemlərinin yerini hədəfləmək, müəyyən etmək üçün yavaş-yavaş erməni hava məkanından da keçdi. Ermənilər bu «kukruznik»ləri «F-16» qırıcıları bilib «İsgəndər»i işə saldı. Elə hər şey də bundan sonra baş verdi:  Azərbaycan PUA-ları bu erməni hava hücumundan müdafiə sistemlərinin gizləndiyi yeri   müəyyənləşdirib onları məhv edə bildi. Müharibənin iştirakçıları əsl itkinin miqyasını etiraf etməsə də, “İsgəndər” raketindən müdafiə sistemlərindən birini – zəhmi NATO-nu belə qorxuya salmış bir sistemi Azərbaycan PUA-ları asanca məhv etmiş oldu…».

(Bu link daha ətraflı məlumat mənbəyidir: https://tezadlar.az/index.php/en/agenda/11427-qarabag-muehari-b-si-kukruzni-k-l-ri-ni-n-mue-lli-fi-general-elci-n-quli-yev).

 Əziz və qərəzli jurnalistlər, yazarlar! Avstraliya kimi böyük bir ölkənin hərbi mütəxəssislərinin belə ağız dolusu bəhs etdiyi «kukriznik»lərin ideya müəllifiliyi bilirsiniz kimə məxsusdur? Bilmirsinizsə, yaxud bilmək istəmirsinizsə, mən sizlərə deyirəm: dünya hərb tarixinə qızıl hərflərlə yazılmış bu ideya DSX-nin rəisi, general-polkovnik Elçin Quliyevə məxsusdur. O «kukriznik»lərin ki, ermənilərin bütün Qarabağ arzularını məhv etdi, düşməni diz çökdürdü və indi hamımız «kukruzniklərin» bu qələbəsindən  qürur duyuruq, fəxarətdən gözümüz yaşarır… Siz isə həmin ideyanın müəllifi olan generalın rəhbəri olduğu bir komandaya qara eynəyin arxasından baxırsınız! Belə olan halda mənim də sizlərə «O «kukruzniklər»in xidməti burnunuzdan gəlsin!!!» - deməkdən başqa yolum qalmır…

Asif MƏRZİLİ

P.S. O boyda Avstraliyanın, ABŞ-ın, Almaniyanın... generalları Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin ideyasını NATO-ya nümunə çəkir, sizlər isə Azərbaycana baş ucalığı gətirmiş generalın ayağından çəkirsiniz... 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN