booked.net booked.net  

Ukrayna cəbhəsində baş verənlər artıq dünyanın bütün nöqtələrində həyəcanla izlənilir...

...ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratların lideri Hakim Ceffris də Kiyevin məğlub olacağı təqdirdə, ABŞ-nin Ukraynaya qoşun yeritməli olacağını istisna etməyib. Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bu barədə konqresmen CBS telekanalına müsahibəsində deyib. O, Putinin Sovet İttifaqını bərpa etmək istədiyini, Gürcüstan və Ukraynanın ərazilərinə soxulmasını davam etdirəcəyini qeyd edib: “Ukraynanın süquta uğramasına imkan verə bilmərik, çünki bu baş verərsə, Amerikanın münaqişəyə təkcə pulumuzun köməyi ilə deyil, həm də qoşunlarımızla qarışmalı olacağı ehtimalı böyük olacaq. Bu cür ardıcıl aqressiya qarşısında Vladimir Putinə Ukraynada uğur qazanmağa imkan versək, onun yalnız Ukraynada dayanacağına inanmalıyıqmı? Təbii ki, yox”. Ceffris həmçinin Kiyevin hərbi ehtiyacları üçün əlavə maliyyənin razılaşdırılmasında gecikmədə günahlandırdığı Respublikaçılar Partiyasında rusiyayönlü fraksiyanın gücləndiyini bildirib. Onun fikrincə, bu fraksiya Ukraynanı dəstəkləmək istəmir və Rusiyanın ABŞ-nin düşməni olmadığına inanır.

Rusiyanın Ukrayna ərazisindəki müharibəsi isə davam edir. İtkilər hər iki tərəf üçün davam etməkdədir... 

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN