booked.netbooked.net booked.net  

Yaqubov Heydər Mirağa oğlu təkcə «İnformasiya əldə etmək haqqında» Qanunu pozmur, həm də Prezidentin şəffaflıq və aşkarlıq çağırışlarına zərbə vurur...

 Dəfələrlə deyilib, yazılıb, tövsiyə olunub ki, məmurlar qanunvericiliyin yol verdiyi qaydada informasiyalarını cəmiyyət üçün əlçatan etməlidir. Belə olduqda yalnış və ya təhrif edilmiş məlumatlar mediada yayılmır... Amma çox təəssüflər olsun ki, vəziyyət nəinki dəyişmir, əksinə, pisliyə doğru dəyişir…

***

«Təzadlar»ın bu istiqamətdə apardığı bir araşdırma diqqəti çəkir. Belə ki, redaksiyamıza müraciət edən Saatlı rayonunun Mollavaizli kənd sakini Asim Əvəz oğlu Əliyev «İnformasiya əldə etmək haqqında» və «Vətəndaşların müraciətləri haqqında»  Azərbaycan Respublikasının qanunlarını əsas tutaraq Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Yaqubov Heydər Mirağa oğluna informasiya sorğusu göndərmişdir. Lakin informasiya sahibi qanunun tələblərini kobud surətdə pozaraq sorğuçuya başdansovdu cavab verməkdən əlavə, onu qanuni tələblərinin yerinə yetirilməsi üçün aidiyyəti dövlət qurumlarına müraciətə məcbur etmişdir. Təsəvvür edin ki, sorğuçu məmuru qanunun tələblərinə riayət etdirmək üçün əvvəlcə Azərbaycan Respublikasının Prezidenti Cənab  İham Əliyevə (Surəti: Kənd Təsərrüfatı Nazirliyinin daxili nəzarət və audit şöbəsinə, İnsan Hüquqları Üzrə Müvəkkilə, Baş Prokuror Kamran Əliyevə və “Təzadlar” qəzeti redaksiyasına) müraciət etməli olmuşdur. Ardınca isə o, qanunun tələblərinə uyğun olaraq məhkəməyə müraciət etməli olmuşdur.

İndi təsəvvür edin, adi bir məmurun qanunun tələblərini vecinə almaması səbəbindən müvafiq dövlət qurumları işə qarışmalı olur, onların daha vacib sahəyə sərf edilməli vaxtı havayıdan itirilir və s.

 Bəs informasiya sahibi niyə qanunun tələblərini icra etmək istəmir?

 Nümunəvi hal olduğundan bu araşdırmada məsələni daha geniş aspektdən işıqlandırmağa çalışacağıq ki, cəmiyyətimizdə belə halların təkrarlanmasına yol verilməməsi üçün bu məqalə bir yolgöstərən olsun. Beləliklə, sorğuçu ölkə Prezidentinə müraciətində yazır ki, Sabirabad Dövlət Aqrar İnkişaf  Mərkəzinin direktoru Yaqubov Heydər Mirağa oğluna qanunun tələbləri baxımından informasiya sorğusu göndərmişdir. Bu onun qanuni haqqıdır: “Azərbaycan Respublikası Ali Qanunu olan Konstitusiyamızın və “İnformasiya əldə etmək haqqında” Qanuna əsasən, Sabirabad Dövlət Aqrar İnkişaf  Mərkəzinin direktoru Yaqubov Heydər Mirağa oğluna 12 iyul 2021-ci il tarixində elektron qaydada (“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının  Qanunun 13-cü maddəsinə əsasən) informasiya sorğusu ünvanlamışam. Sorğunu ünvanladığım gün Sabirabad DAİM-in direktoru Heydər Yaqubov  “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 
tələblərini pozaraq mənə imzalanmamış, tarix və qeydiyyat nömrəsi qoyulmamış  qanunsuz cavab məktubu göndərmişdir. Dəfələrlə şikayət etsəm də bu günə kimi  Heydər Yaqubov həmin məktubu mənə qanuni formada göndərməmişdir. Bu şəxs  Kənd Təsərrüfatı Nazirliyində kimlərəsə arxalanaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təsdiq etdiyi Qanun və Fərmanları pozur. Kənd Təsərrüfatı Nazirliyi isə dəfələrlə şikayət  etməyimə baxmayaraq bu hala hələ də susur. Qeyd edim ki, Sabirabad DAİM-in direktoru Heydər Yaqubova ünvanladığım informasiya sorğusu Azərbaycan Respublikasının Konstitusiyasına, müstəqil, unitar, demokratik, dünyəvi Azərbaycan  dövlətinin qanunlarına istinad edilməklə tərtib edilmişdir. Məqsədim və amalım Azərbaycan Dövlətinə, Azərbaycan Prezidentinə dəstək vermək, Onun daxili və xarici siyasətinə əks olan özbaşınalıqlara qarşı mübarizə aparmaq, məmur  özbaşınalığını ifşa etməkdir. Bir çox şkayətlərimdən sonra, Sabirabad DAİM-in direktoru Heydər Yaqubov mənə yalnız sorğudan yayınmaq məqsədi ilə ümumi müddəalardan ibarət görüntü  xatiri daşıyan məktub göndərmişdir (19.08.2021-ci il tarixli 329 saylı). Cavaba öz  etirazımı bildirmək məqsədi ilə bütün verilmiş cavabların qanunsuz olmasını bir- bir əsaslandıraraq Sabirabad DAİM-in direktoru Heydər Yaqubova cavabdan etiraz  məktubumu ünvanlamışam. Nəzərinizə çatdırım ki, göndərdiyim bütün cavabların  surətini Kənd Təsərrüfatı Nazirliyinə də ünvanlamışam. “İnformasiya əldə etmək haqqında” Qanununun  6.1.9-cu və 10.4.8-ci maddələrinə əsasən Sabirabad DAİM-in direktoru Yaqubov  Heydər Mirağa oğlu məsuliyyət daşıyır. “Maddə 6.1.9. informasiya əldə etmək hüququnun pozulmasına görə informasiya  sahiblərinin məsuliyyət daşıması; Maddə 10.1. İnformasiya sahibi öz  informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər  şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş  qaydada təmin etməyə borcludur. Maddə 10.4.1. informasiya sorğusunu ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin etməlidir; Maddə 10.4.4. açıqlamalı olduğu ictimai informasiyanı bu Qanunla müəyyənləşdirilmiş qaydada  və müddətdə açıqlamalıdır; Maddə 10.4.5. sorğuçuya kömək göstərməlidir;  Maddə 10.4.8. həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya  verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. Maddə 14.1.1. sənədlə tanış olmaq üçün ayrılmış  yerə daxil olma; Maddə 14.1.2. sənədin üzünün köçürülməsi; Maddə 14.1.3. informasiya sahibinin texniki imkanlarından istifadə etməklə sənədin surətinin  çıxarılması və ya sənədin təsdiqlənmiş surətinin verilməsi;” 

 

  Hətta mən Kənd Təsərrüfatı Nazirliyinə və Sabirabad DAİM-in direktoru Heydər  Yaqubova “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının  Qanunlarını (Maddə 14.1.1, maddə 14.1.2) əsas tutaraq məktub ünvanlamışam ki,  mənə şərait yaradılsın, Sabirabad DAİM-in binasında sənədlər üçün ayrılmış  yerə daxil olaraq sorğumla bağlı sənədlərin surətlərini əldə edim. Lakin bu günə kimi mənə heç bir cavab verilməyib. Sabirabad DAİM-in direktoru Heydər  Yaqubov bu qədər qanunsuz hərəkətlər etməklə yalnız Kənd Təsərrüfatı  Nazirliyində olan adamlarına güvənir.  

Hörmətli cənab Prezident!

Sizin apardığınız bu islahatlara mane olan Sabirabad DAİM-in  direktoru Heydər Yaqubovun qanunsuz əməllərinin sayı-hesabı yoxdur. Nəzərinizə çatdırım ki, Sabirabad DAİM-in direktoru  Heydər Yaqubov barəsində Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət  etmişəm və məhkəmə 23 sentyabr 2021-ci ilə təyin olunub. İnformasiya sorğum isə bu suallardan ibarətdir:

 “Hörmətli Heydər müəllim! Azərbaycan Respublikasının Konstitusiyasına və “İnformasiya əldə etmək  haqqında” qanununa əsasən aşağıdakı məlumatları verməyiniz sizdən xahiş olunur. 

  1. Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) 2019-2020 və 2020- 2021-ci illərdə fermerlərə ayrılan (əkin sahələrinin əkilməsinə görə)  subsidiyanın ümumi həcmi nə qədər olmuşdur? 
  2. Sabirabad DAİM-in Sabirabad rayon ərazisində qeydə aldığı əkilmiş torpaq sahələrinin 2019-2020 və 2020-2021-ci illərdə sahəsi hektarla və həmin  sahələrə görə ayrılan vəsaitin tam həcmi göstərilməklə. 
  3. Sabirabad DAİM tərəfindən monitorinq edilmiş əkin sahələrində (taxıl və  digər bitkilər ayrı-ayrılıqda) 2019-2020 və 2020-2021-ci illərdə əkin sahəsi nə qədər olmuşdur? Əkin sahəsi kimi qeydə alınmış və dövlət tərəfindən  subsidiya ayrılmış,lakin əkilməmiş sahə nə qədər olmuşdur?
  4. Sabirabad DAİM tərəfindən fermerlərə ayrılan subsidiya hesabında  nağdlaşdırılması qadağan olunmuş (kimyəvi maddələr, gübrələr və.s üçün)  vəsaitlərin həcmi 2019-2020 və 2020-2021-ci illərdə nə qədər təşkil etmiş? Həmin kimyəvi maddələrin və gübrələrin torpağa verilməsinə DAİM  tərəfindən necə nəzarət edilir? 
  5. Sabirabad DAİM-in fermerlərə əkin sahələri üçün ayırdığı gübrə və kimyəvi  maddələrin ünvanına düzgün çatmaması və həmin aqreqatların qara bazarda  və ya ayrı-ayrı işbazlar tərəfindən ələ keçirilməsi hallarını müşahidə  etmisinizmi? Etmisinizsə hansı tədbirləri görmüsünüz?
  6. Sabirabad DAİM tərəfindən fermerlərin əkin sahələrinə kimyəvi maddələrin  və gübrələrin verilməsinə necə nəzarət edilir? Bu məqsədlə hansı komissiyanız fəaliyyət göstərir və bu işə məsul şəxs kimdir? 
  7. Sabirabad DAİM-in 2019-2020 və 2020-2021-ci illərdə dövlət tərəfindən  ayrılmış daxilolmalar nə qədər təşkil etmişdir (manatla göstərilməklə)? Həmin vəsaitin xərclənməsini əks etdirən maliyyə arayışını verməyinizi xahiş edirik. 
  8. Sabirabad DAİM tərəfindən dövlət hesabına verilən subsidiya vəsaitləri  ünvanlara tam çatıbmı? Əkilməmiş neçə hektar torpaq sahəsi barədə yalan  bəyannamələr verilmişdir? Həmin bəyannamələrin verilməsində kimlər maraqlı olmuşdur? 
  9. Sabirabad DAİM-də çalışan personal və müqavilə əsasında çalışan işçilərin  ayrı-ayrılıqda (tutduğu vəzifə, yaş və təhsili göstərilməklə) sayı nə qədərdir?  
  10. Sabirabad DAİM-in nəznində olan texnikalar barədə məlumat: Onların  2019-2020-ci illərdə günlük və aylıq istifadə etdiyi yanacaq (litr və qiymətlə göstərilməklə) nə  qədər olmuşdur? 
  11. Sabirabad DAİM-in istifadəsiz vəziyyətə düşmüş texnikaları barədə məlumat: Həmin texnikanın istifadəsiz vəziyyətə düşməsini əks etdirən arayışlar? 
  12. Müqavilə əsasında meşəsalma və dövlət torpaqları ərazisində əkilmiş  əkinlər üçün subsidiya ayrılıbmı? Ayrılıbsa nə qədər sahə üçün? Əkilən  sahələr hansı mütəxəssisləriniz tərəfindən monitorinq olunub? 
  13. Qanunvericilik Dövlət və meşə torpaqlarına, o cümlədən örüş sahələrini qanunsuz əkmiş şəxslərə subsidiya ayırmağa səlahiyyət verirmi? Vermirsə, qonşu  rayonların sərhədləri istiqamətində yüzlərlə hektar əkilmiş torpaq sahələrinin  subsidiya bəyannaməsini Kənd Təsərrüfatı Nazirliyinə işçiləriniz tərəfindən  necə məlumat verilmişdir? Kimlərsə buna görə məsuliyyət daşıyıbmı?
  14. Məndə dəqiq məlumat var ki, fermerlərə ayrılan subsidiya-fermer kartlarında nəğdləşdirilməsi qadağan edilmiş vəsaitlərin qanunsuz yolla nəğdləşməsi üçün dostlarınız və  qohumlarınızın adına təsis etdirdiyiniz MMC-lər vardır. Bunların təsis sənədlərinin surətini təqdim etməyinizi xahiş edirəm.
  15. 15. Sabirabad DAİM-də kənd təsərrüfatı sahələrinə xidmət göstərmək məqsədi  ilə qeydə alınmış MMC-lərin siyahılarınə xahiş edirəm (Nə vaxt və kimin adına təsis edilib, onların fermerlərə göstərdikləri xidmətə görə fermerlərin  kartlarından silinən vəsaitin ümumi icmalı? Eyni zamanda hər bir MMC üzrə fermer kartlarından silinən vəsait 2019-2020 və 2020-2021-ci illərdə nə  qədər təşkil etmişdir?”

 Bəs bu informasiyalar necə əlçatan olmalıdır ki... 

   Bəli, informasiya sorğularına cavab verilməsində operativlik və əhəmiyyətlilik mütləq nəzərə alınmalıdır. İnformasiya sahibinin blə hərəkətləri ona gətirib çıxarır ki, mediada yazılar dərc ediləndən sonra qarşı tərəfin etirazları, məhkəmə çəkişmələri başlayır. Konkret halda isə, Azərbaycan Respublikasının “İnformasiya əldə etmək haqqında” qanununa əsasən, şəhər, rayon və idarələrin büdcələrinin xərclənməsi, eləcə  də qanun pozuntuları ilə bağlı məlumatlar açıq məlumatlardır. Belə  məlumatlar dövlət orqanlarının internet sayıtında yerləşdirilməlidir. Təssüf  ki, bu məlumatların əksər hallatda internet saytı vasitəsi ilə əldə edilməsi mümkünsüzdür. Belə məlumatların açıqlığı vətəndaşların dövlət  orqanlarına, onun rəhbərlərinə inamını daha da artırır, şəffaflığı təmin edir. Azərbaycan  Respublikasının “İnformasiya əldə etmək haqqında ” qanunun 24.1-ci  maddəsinə görə “İnformasiya sorğusu” ən qısa müddətə, lakin 7 iş günündən  gec olmayaraq icra edilməlidir. Həmin qanunun 14-cü maddəsinə görə,  informasiya sahibi informasiya sorğusu vermiş vətəndaşa sənədlə tanış  olmaq üçün ayrılmış yerə daxil olmağa, sənədlərin üzünü köçürməyə,  informasiya sahibinin texniki imkanlarından istifadə etməklə sənədin  surətini çıxarmağa, stenoqramların və ya digər formada kodlaşdırılmış  sənədləri oxunmaq üçün yararlı vəziyyətdə təqdim etməyə borcludur. Amma təəssüflər olsun, məmurlarımızın bir çoxu qanunun yaratdığı bu borcu yerinə yetirmək istəmirlər. Niyə istəmirlər? Bax məsələ də bundadır. Çünki belə rəftar sonradan narazılığa, məhkəmə çəkişməsinə, qərəzli tərəf axtarmağa gətirib çıxarır.

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamət: 6.3.2).

A.Məmmədli

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN