booked.netbooked.net booked.net  

 “RİA Novosti”nin verdiyi xəbərə görə, bu gün Parisin küçələrində sanitariya keçidlərinin tətbiqinə qarşı çox minlik aksiya keçirilir. Aksiya iştirakçıları əllərində "Azadlıq" şüarları tutaraq  Fransa Prezidenti Emmanuel Makronun istefasınl tələb edirlər.

Sanitariya keçidlərinə qarşı digər iki etiraz aksiyası isə “Sarı jiletlilər” hərəkatı tərəfindən təşkil edilib. Nümayişlərin ölkənin digər şəhərlərində də keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, ötən şənbə günü keçirilən aksiyalarda təxminən 160 min nəfər iştirak edib.

Xatırladaq ki, bu gün Londonda da peyvənd, məhdudiyyətlər əleyhinə kütləvi etirazlar başlayıb. Son dərəcə aqressiv insanlar Dərman Vasitələrinə Nəzarət üzrə Agentliyin binasına hücum çəkiblər.

Qeyd edək ki, adıçəkilən agentlik Britaniyada 12-17 yaş arası vətəndaşların vaksinasiyasına icazə verib.

Xəbər verdiyimiz kimi, Avropa ölkələrində vaksin əleyhinə, qadağa və məhdudiyyətlərə qarşı etiraz aksiyaları keçirilir. İnsanlar koronavirusun planlı,düşünülmüş antibəşər bir proqram olduğunu başa düşür və vaksin vurdurmaq istəmirlər. İki gün öncə Avropa ölkələri ilə yanaşı, Kanada da, ABŞ-ın bir çox ştatlarında da bu cür aksiyalar keçirilib və polislə etirazçılar arasında qarşıdurmalar da olub.

Şakir QURBANOV

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN