booked.netbooked.net booked.net  

Ermənistan Prezidentinin səlahiyyətləri rəsmən dayandırılıb.

TASS xəbər verir ki, bu gün Ermənistan parlamentinin spikeri Alen Simonyan Prezident Armen Sarksiyanın istefası barədə qərar imzalayıb.

Ermənistan Prezidentinin istefa qərarı verməsindən keçən 7 gün ərzində qərarını dəyişmədiyi üçün onun səlahiyyətlərinin dayandırılması barədə qərar qüvvəyə minib.

Müvafiq qərar bu gün qanunverici orqanın saytında da yerləşdirilib.

Xatırladaq ki, Armen Sarkisyan yanvarın 23-də Ermənistan Prezidenti postundan istefa verdiyini açıqlayıb.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN