booked.net booked.net  

“Xarici siyasətdə məqsədimiz daha çox düşmən deyil, dost qazanmaqdır.” Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan trabzonlu gənclərlə görüşü zamanı deyib. 

Ərdoğan qeyd edib ki, Türkiyə bu günə qədər yaxın qonşuları Rusiya, Ukrayna, İran və ya Avropa ölkələri ilə həmişə dostluq etməyə çalışıb.

“Təbii ki, Rusiya ilə münasibətlərimizdə tarixə nəzər yetirdikdə dostluğumuz həqiqətən indiki kimi olmayıb. Daha da əhəmiyyətlisi, bu dövrdə ticarət həcmi baxımından çox ciddi naliyyətlərimiz olub. Bunların arasında strateji əhəmiyyət daşıyan məhsullar Rusiya ilə münasibətlərimizi yaxşı mövqeyə gətirib. Bunlardan ən əsası təbii qazdır”, - deyə Türkiyə prezidenti qeyd edib.

R.T.Ərdoğan əlavə edib ki, Rusiya ilə nüvə enerjisi sahəsində də yeni əməkdaşlıq addımları atılır. Onun sözlərinə görə, Akkuyu Atom Elektrik Stansiyasının tikintisi gələn ilə kimi tamamlanacaq.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA