booked.netbooked.net booked.net  

Türkiyədə qarşıdan gələn prezident seçkilərinə hazırlıq ən pik həddinə çatıb...

Pin It

Azərbaycan ərazisində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir. Ümumiyyətlə, Azərbaycan ərazisində kənar elementlər mövcud deyildir.

Pin It

…Yuxarıda sadaladığım faktlar bu gün Türkiyədə saxta “demokratiya” şüarı altında formalaşdırılan “altılıq” deyilən “müxalifət” qrupu, hətta “altımışlıq” olsa belə, onların hamısı birlikdə Ərdoğanın yerişini yeriməyə qadir deyillər.

(Əvvəli 1-ci yazıda)

Qərbin təbliğ etdiyi “demokratiya” əslində, demokratiya olmayıb, azadlığa, müstəqilliyə can atan zəif, kiçik, elmi-texniki, iqtisadi-ictimai inkişafın bu günkü tələblərindən geri qalmış millətlərin azadlıq, müstəqillik mücadiləsinə başçılıq edən millətsevər liderlərini hakimiyyətdən uzaqlaşdırmaq üsuludur. Üstəlik, bu həm də onların milli mübarizəsini başsız qoyduqdan sonra, milli şüuru olmayıb, öz şəxsi ambisiyalarını, hakimiyyət hərisliyini, millətin mənafeindən üstün tutan bir qrup vasitəsilə öz müstəmləkəsi durumuna gətirdiyi ölkənin vətəndaşlarını daha incə üsullarla və daha vəhşicəsinə istismar etmək üsuludur. Qərb demokratiyasının məddahları öz iddialarında Avropa ölkələrində və ABŞ-da insanların həyat səviyyəsinin başqa dövlətlərdən üstün səviyyədə olmasına istinad edirlər. Əslində bu üstünlük əsasən iki amil hesabına əldə edilir. Birincisi, bu dövlətlərin məqsədi öz müstəmləkələri və yarımmüstəmləkələrinin bütün təbii sərvətlərini müftə talan edərək daşıyıb öz ölkələrində emal etdikdən sonra, onu elə təbii sərvətlərini talan etdiyi ölkələrə hazır məhsul olaraq on dəfələrlə baha satmasından əldə etdikləri yüksək izafi dəyər qazanmaqdır. Onların məqsədi həm də bu əlavə gəlir hesabına yeni elmi-texniki tərəqinin nəticələrinin istehsala tətbiq edilməsindən götürdükləri əlavə izafi dəyərin əldə edilməsi hesabına özlərini inkişaf etdirməkdir. Qərb “demokratiyası” məddahlarının heç biri bu müstəmləkələrin və yarımmüstəmləkələrin əhalisinin Ərdoğan və komandasının uzun müddət bu dünya gücləri ilə və onların ölkə daxilində olan şəbəkələri ilə ağır mübarizəsi nəticəsində yarımmüstəmləkə vəziyyətindən çıxardığı Türkiyə əhalisindən üstün yaşadığını iddia edə bilməzlər. İkincisi, bu güclərin yuxarıda göstərdiyim mənbələr hesabına əldə etdikləri əlavə gəlir hesabına güclü, ən yeni texnika və texnologiyalar ilə hazırlanmış silah və texnikalarla təchiz edilmiş ordu hissələri yaratmaqla, zəif millətlər və dövlətləri öz iqtisadi, siyasi maraqlarına tabe etmək üçün hərbi güc amilindən istifadə etməsidir. Son yüz il ərzində özü yarımmüstəmləkə vəziyyətində olub, indi Ərdoğan və onun komandasının fədakarlığı hesabına müstəqil  Türkiyənin Avropa dövlətləri kimi müftə qazanc gətirən müstəmləkələri olmayıb və bu gün də yoxdur. Hətta bu gün Türkiyənin öz ərazilərində olan karbohidrogen ehtiyatlarının kəşf edilib, istismar edilməsi, hərbi sənaye sahəsindəki gözəçarpan nailiyyətlərinə görə, türk düşmənlərinin Türkiyəyə müxtəlif formalı təpkilərin təşkil və tətbiq etməsi, Türkiyə dövlətinin güclənməsinin və deməli, Türkiyə vətəndaşlarının daha yüksək səviyyədə yaşaması imkanını əngəlləmə cəhdlərindən başqa heç nə deyil.

Bu gün Türkiyədə Ərdoğanın rəhbərliyi dönəmində baş vermiş və davam edən inkişafın qarşısının alınmasına mane olan əsas amil  Ərdoğan və onun komandasıdır. Ərdoğanı açıq döyüşdə məğlub edə bilməyəcəklərini yaxşı bilən irili-xırdalı bütün türk düşmənləri onu Türkiyə vətəndaşı olan ermənilərin, kürd separatçılarının, Türkiyəni və onun vətəndaşlarını özlərinin hakimiyyət hərisliyi xatirinə Qərbin müstəmləkəsinə, köləsinə çevirmək istəyənlərin, cəmiyyətin şüursuz hissəsinin əli ilə, həm də əslində, başqa dövlətləri daxildən çökdürmək vasitəsi olan saxta, “demokratik seçki” adlandırdıqları mexanizm vasitəsilə məğlubiyyətə uğradaraq TÜRKİYƏNİ DİZ ÇÖKDÜRMƏYİ HƏDƏFLƏYİRLƏR. Bu günlərdə illər öncə Ərdoğanın Əfqanıstanda rus işğalçı ordusuna qarşı mərdlik və mətanətlə döyüşmüş səhra komandiri Gülbəddin Hikmətyarla birlikdə çəkdirdiyi şəkli elektron KİV-lərdə yayımlanmışdır. Bununla da  Türkiyə və başqa türk respublikalarında Talibanın Əfqanıstanda yaratdığı mürtəce dini rejimi qurmaq istəməsi kimi şərh etməklə, mütləq əksəriyyəti dünyəvi fəlsəfə və həyat tərzinə malik olan türk respublikalarının əhalisində Ərdoğana qarşı nifrət, ikrah hissi oyatmağa çalışanlar bilmir ki, bu gün türk dünyasının II Atatürkü olan Ərdoğanı belə ucuz, sadəlövh üsullarla TÜRK İNSANLARININ gözündən sala bilməzlər. Birincisi, Gülbəddin Hikmətyar onun vətənini işğal etmiş, o dövrün ən yırtıcı dövləti olan rus imperiyasının işğalçı qoşununa qarşı döyüşərək öz vətəninin istiqlalını əldə etmək və həmvətənlərinin rusların yerli vətən xainlərinin əli ilə qurduğu oyuncaq, satqın dövlətin qulu olmaqdan xilas etmək naminə vuruşan bir xalq qəhrəmanı idi.

Onunla şəkil çəkdirmək vətəninin, millətinin azadlığını istəyən hər bir kəs üçün böyük şərəf idi. Yaddan çıxarmaq olmaz ki, o zaman Ərdoğanın vətəni olan Türkiyə Qərbin yarımmüstəmləkəsi, türk millətinin əksər hissəsi öz milli torpaqları ilə birlikdə rus imperializminin əsarətində idi. Bu gün Ərdoğan təkcə Türkiyənin, türk vətəndaşlarının deyil, doğma vətəni olan bütün TÜRK MİLLİ ƏRAZİLƏRİNİN və TÜRK MİLLƏTİNİN AZADLIĞI uğrunda Gülbəddin Hikmətyardan qat-qat daha çox, AĞILLA, MƏTİNLİKLƏ mübarizə aparır. Ərdoğanın Hikmətyarla o zaman çəkdirdiyi şəkil heç də islam dininin yayılmasının deyil, Ərdoğanın türk milli əraziləri və Türk milli azadlığı uğrunda bu gün mətanətlə apardığı AZADLIQ MÜCADİLƏSİNİN simvoludur. O ki, qaldı Ərdoğanın islam dininin daşıyıcısı olması, bu gün bu amil ümumtürk Milli Azadlıq mücadiləsinə bir sıra baxımlardan, ən azı beynəlxalq əlaqələr baxımından dayaq nöqtəsi rolunu oynayır. Qərbin bu günə qədər müstəmləkə və yarımmüstəmləkə halında saxlayaraq, özünün strateji hədəflərinə uyğun yönəldib, idarə etdiyi Afrika, xüsusilə ərəb ölkələrinin daim Türkiyəyə düşmən münasibəti bəsləməsi heç də sirr deyil. Tehranın şovinist fars rejiminin də Türkiyə və ümumiyyətlə, bütün türklərə qarşı genetik nifrət bəsləməsi və altı ərəb ölkəsində böyük hərbi birlikləri yaradıb ərəb ölkələrinə qarşı daim terror və təcavüz aktları həyata keçirməsi də məlumdur. Məhz Ərdoğanın islam dininin daşıyıcısı olması bu ərəb dövlətləri ilə Türkiyənin yaxın iqtisadi-siyasi münasibətlər qura bilməsində mühüm rol oynayıb ki, bu da təkcə orta şərqdə deyil, ümumiyyətlə, beynəlxalq müstəvidə Türkiyənin mövqeyinin güclənməsində önəmli əhəmiyyət kəsb edib. Ərdoğanın Qərbin bir çox təpkilərinə baxmayaraq Rusiya ilə Türkiyənin iqtisadi-hərbi maraqları çərçivəsində yaxınlaşması da, iki dünya gücünün arasında Türkiyəyə qarşı hər hansı kəskin hərəkət imkanını neytrallaşdırmış olub.

Ərdoğanın bu gün yeritdiyi siyasətin əsas qayəsi, məqsədi bu günə ayrı-ayrılıqda mövcud olan türkləri bir yumruqda birləşdirib, türk dövlətlərinin iqtisadi, hərbi gücünü, dünyanı öz əsarəti altına almaqda israrlı olan imperiyaların gücünə layiqli cavab verərək, türk millətinin müstəqillik, azadlığını qoruya biləcəyi hala gətirməkdir.

***

…Din məsələsinin cəmiyyətdə ən optimal həll yolu mövcuddur və onu həll etmək o qədər də çətin məsələ deyil. Lakin cəmiyyətdə din məsələsinin düzgün həll edilməsinin yolu da böyük və bütün, ən azından iqtisdai, hərbi baxımdan dünya güclərinə müqavimət göstərə biləcək vahid TÜRK DÖVLƏTİNİN mövcudluğundan keçir. Bu gün Ərdoğanın, o cümlədən Türk Dövlətləri Təşkilatının fəaliyyətində buraxılan ən önəmli, strateji əhəmiyyət daşıyan yanlışlıq Ümumtürk ədəbi dilinin yaradılıb tədris, tətbiq və təbliğ edilməsinə biganə yanaşmalarıdır. Belə ki, vahid, monolit, böyük və güclü türk dövlətinin yaradılması, ancaq ümumtürk ədəbi dili əsasında yaradıla və bu dövlətin zəruri inkişaf sürəti və səviyyəsi təmin edilə bilər. Belə bir müstəqil, vahid və güclü türk dövləti yaradılmayana qədər dünya gücləri ayrı-ayrı təpki, təzyiq, məcburiyyət vasitəsilə bizə, onlara sərf edən materialist və ya idealist ideoloji sistemlər qəbul etdirə bilərlər. Elə hazırda Tehranın fars rejiminin, Çinin, Rusiyanın əsarətində olan türklərə müxtəlif ideologiyaları qəbul etdirdiyi kimi. Hər hansı bir cəmiyyətdə dini uydurmaların ləğv edilməsi vaxt tələb edən bir məsələdir.

Dinin dövlət işindən kənar olmasının birinci şərti elə dinin dövlətdən tamamilə ayrı olmasıdır ki, bu şərt Türkiyə daxil olmaqla bütün türk dövlətlərində mövcuddur. Yəni, bu gün türk dövlətlərinin heç biri dini əsaslarla idarə olunmur, onların hamısı dünyəvi anayasaya əsasən idarə edilən dünyəvi dövlətlərdir. Cəmiyyətdə dinin ləğv edilməsinin ikinci şərti isə dinin siyasi mövcudluğunun ləğv edilməsidir. Dini siyasətə, ideoloji, siyasi silaha çevirərək, cəmiyyəti bir-birinə antoqonist düşmən qruplara bölməklə, hakimiyyət iddiasında olan insanların əlində barışmaz ideoloji-siyasi silaha çevirən amil dinin təşkilati mövcudluğudur. Məsələn, Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi, Pravoslav Kilsəsi, yəhudi Sinaqoqu və s. dini təşkilatlar hər biri leqal fəaliyyət göstərir. Onlar rəsmi şəkildə əhaliyə dini təhsil verir, dini təbliğ edir, vətəndaşların dəfn mərasimlərini dini qaydada, dini rituallarla keçirilməsini, sağ ikən dinc yanaşı yaşayan ölkə vətəndaşlarını başqa-başqa qəbristanlıqlarda barışmaz düşmənlər kimi, hər bir dini təşkilata məxsus olan qəbristanlıqlarda dəfn edir, həm də ölkənin anayasası və qanunlarına zidd olaraq yetkinlik yaşına çatmayan uşaqlara gizli şəaritdə (çox zaman da evlərdə) dini təhsil verirlər.

Eləcə də onları qanunsuz olaraq dini ayinlərin icrasına cəlb edir, hətta 5-6 yaşlı qız uşaqlarını nümayişkəranə hicaba bürüyürlər. Bütün bunlar, tolerantlıq, dini azadlıq, demokratiya şüarları altında edilir. Nəticədə Tehranın şovinist fars rejiminin “Mədəniyyət Mərkəzi” kimi təşkilatlar da daxil olmaqla, ölkədə müxtəlif dini qrupların üzvlərindən ibarət cinayətkar, terrorçu, casus şəbəkələri təşkil etməklə, xarici ölkələr onlardan istədikləri təyinatlı əməllərdə istifadə edirlər. Əslində dinlər də, tanrıçılıq kimi hər bir insanın şəxsi fəlsəfi düşüncəsi olmalıdır. Hər bir vətəndaşın özünün şüur, savad, həyat təcrübəsinə uyğun olaraq düşünmək, hansısa fəlsəfi düşüncəyə malik olmaq hüququ olmalıdır və bu da ölkənin anayasasında birmənalı olaraq var. Həm də  Azərbaycan Respublikasında həm dövlət, həm də vətəndaşlar tərəfindən hər bir vətəndaşın bu hüququnun qorunmasına heç bir maneə törədilmir. Öklədə ümumi tolerantlıq şəraiti yaradan da məhz bu amildir.

Güclü ölkələrin saxta “demokratiya”, “dini azadlıq” şüarı ilə ölkə rəhbərliyinə göstərdiyi təpkiləri yumşaltmaq xatirinə biz öz əlimizlə, dinlərin təşkilati mövcudluğunu təmin etməklə, bütün dinləri siyasətə çevirir, sonra da onların yaratdığı fəsadlara qarşı qəhrəmancasına, həm də çox böyük itkilərə məruz qalmaq hesabına, mübarizə aparmalı oluruq. Bütün hallarda da dinlərin ideoloji, mənəvi cəhətlərdən parçaladığı cəmiyyətin fəsadlarının ağırlığını çiynimizdə daşıyaraq, onların cəmiyyətdə yaratdığı çatları qaynaqlayaraq cəmiyyəti bütöv, vahid bir orqanizm halına gətirə bilməməkdən başqa, bizi inkişafa aparmalı olan elmi potensialdan da məhrum olaraq, başqa güc mərkəzlərinin əlində oyuncağa, yemə çevrilirik. Buna görə də ölkədə bütün dinlərin təşkilati mövcudluğu qapanaraq, elmi əsası olmayan hər hansı bir ideologiyanın tədrisinin, təbliğinin ciddi qadağan edilərək, eyni zamanda hər bir vətəndaşın vicdan azadlığı təmin edildiyi hər hansı cəmiyyətdə, uydurma ideologiyaların tədricən, lakin dönmədən aradan çıxarılması qaçılmaz labüdlükdür.

Bu baxımdan bu gün Ərdoğanın islam dininin daşıyıcısı olması, Türk Milli Dövlətlərinin müstəqilliyi və Türk Milli Azadlıq hərəkatının hədəflərinə nail olmağa heç bir maneə törətmir. Buna görə bu gün bütün dünya türklərinin OLUM, ya ÖLÜM məsələsinin Türkiyədəki seçkilərdə həll ediləcəyi bir vaxtda türk xalqının deyil, türk düşmənlərinin, o cümlədən ermənilərin, kürd cinayətkar qruplaşmalarının, fars faşizminin və onlar kimi türk düşməni olan daha güclü ağalarının arzu və məqsədlərini həyata keçirməyə çalışan nökərləri olan “altılığın” siyasi məqsədləri haqqında susub, Ərdoğanı islam dininin daşıyıcısı olmaqda, Hikmətyarla birlikdə şəkil çəkdirməkdə süçlamaq, ya türk düşməni olmaq deməkdir….

(Davamı var)

Şapur Qasımi

(Xüsusi olaraq «Təzadlar» üçün)

Pin It

Xarici işlər naziri Ceyhun Bayramovun və İsrailin xarici işlər naziri Eli Kohenin iştirakı ilə Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimi keçirilib.

Pin It

Belə çıxır ki, Saakaşvili həbsdədirsə, onun bütün beynəlxalq insan hüquqları əlindən alınıb?

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN