booked.netbooked.net booked.net  

"...Biz hesab edirik ki, Gürcüstan namizəd statusu alması üçün müəyyən prioritet məsələləri həll etməlidir."

Tbilisidə səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin nümayəndə heyəti ölkə prezidenti Salome Zurabişvili ilə görüşüb.

24.news.ge-nin məlumatına görə, görüşdə Gürcüstanın Avropa İttifaqı ilə assosiasiya sazişini yerinə yetirməsinə dair illik hesabat və ölkənin Aİ-yə namizəd statusunun qəbulu ilə bağlı etdiyi müraciət müzakirə olunub. Görüşdən sonra açıqlama verən Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid Makallister bildirib ki, Gürcüstan namizəd statusu almaq üçün müəyyən prioritet məsələləri həll etməlidir: “Gürcüstana səfər Cənubi Qafqazdakı missiyamızın tərkib hissələrindən biridir və biz Gürcüstan parlamenti və hökumətinin nümayəndələri, “Gürcü Arzusu”nun nümayəndələri və müxalifətlə görüşəcəyik. Təbii ki, biz əsasən Gürcüstanın Aİ-yə üzvlük müraciətindən danışacağıq. Sizə demək istəyirəm ki, Avropa Şurasının ötən ay Gürcüstana Avropa perspektivinin verilməsi ilə bağlı qəbul etdiyi qərar həqiqətən də tarixi qərar idi. Bu, Avropa Parlamentinin gürcü xalqını dəstəklədiyinin və Gürcüstanın Avropa İttifaqı ailəsinin üzvü olduğu üçün onu Avropa İttifaqına yaxınlaşdırmağa hazır olduğunun etirafıdır. Lakin biz hesab edirik ki, Gürcüstan namizəd statusu alması üçün müəyyən prioritet məsələləri həll etməlidir. Bu prioritetlər Avropa Komissiyasının rəyində çox aydın şəkildə göstərilmişdir", - deyə D. Makallister bildirib. Məlumata əsasən, səfər çərçivəsində nümayəndə heyətinin üzvlərinin ictimai müdafiəçi, qeyri-hökumət sektoru, o cümlədən icra hakimiyyəti və müxalifət nümayəndələri ilə də görüşləri nəzərdə tutulub. Qeyd edək ki, nümayəndə heyətinə Xarici Əlaqələr Komitəsinin sədri Devid Makallister rəhbərlik edir. Avropa Parlamentinin deputatları Gürcüstandan sonra Ermənistan və Azərbaycana da səfər edəcəklər.

***

Qeyd edək ki, ötən gün Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Avropa Komssiyasının prezidenti Ursula Fon Der Layenə etiraz məktubu göndərib:

"Bildiyiniz kimi, cari ilin 9 iyun tarixində Avropa Parlamenti Gürcüstan barəsində qətnamə qəbul etdi. Təəssüflər olsun ki, qeyd edilən qətnamə çox sayda təsdiqlənməmiş hissələri və faktiki qeyri-dəqiqliyi özündə əks etdirir. Bunlar barəsində ehtiyyac yaranacağı təqdirdə sizə detallı informasiya verməyə hazıram".

Onun sözlərinə görə, qətnamədə Bidzina İvanişvilinin hökumət üzərində nəzarət və Rusiya ilə əlaqələri kimi məsələlərdən söhbət açılır ki, bunlarla bağlı da, hər hansı bir fakt mövcud deyil: "Avropa Parlamentinin qətnaməsində qeyd edilənlərin heç bir sübutu yoxdur və bütün bunlar Gürcüstandakı mövcud idarəetmə sisteminin etimadsızlaşdırılmasına yönəlib". Qaribaşvilinin sözlərinə görə, Avropa parlamenti tərəfindən qəbul edilən bu qətnamə Gürcüstan müxalifəti tərəfindən ölkə daxilində qütbləşmənin daha da dərinləşməsi üçün istifadə edilir. Baş nazir bildirib ki, qətnamənin təsirlərinin azaldılması üçün, Avropa Komissiyası öz mövqeyini ortaya qoymalıdır: "Avropa parlamentinin qətnaməsinin mənfi təsirlərinin təmamilə neytarallaşdırılması üçün, Avropa Komissiyasının öz kəskin mövqeyini ortaya qoyması hazırda çox önəmlidir", - deyə vurğulanıb.

 Xatırladaq ki, bir həftə öncə Avropa Parlamentində Gürcüstanın Avropa İttifaqı ilə Assosiasiya Sazişinin icrasına dair illik hesabatı təqdim olunarkən də Gürcüstan ciddi tənqid olunub.

 AP üzvləri ölkədə islahatların həyata keçirilməməsi, de-oliqarxizasiya termininin qavramı, Mixeil Saakaşvilinin və Nika Qvaramiyanın həps olunması kimi məsələlərdə Gürcüstanı sərt tənqid ediblər. Avropa Parlamentinin deputatı Miriam Leksman çıxışında Gürcüstanda keçmiş prezident Mixeil Saakaşvili və Nika Qvaramiya kimi siyasi məhbusların olduğunu deyib: “Əgər "Gürcü Arzusu" Avropa Komissiyasının təklifində qeyd olunan de-oliqarxizasiyanın nə demək olduğunu başa düşmürsə, mən onlara izah edəcəyəm - bu, Gürcüstanın de-Bidzinazasiya, yaxud de-İvanişvilizasiyası deməkdir. Gürcüstan əhalisi bir insanın girovluğunda qalmamalıdır. Biz sanksiyalardan danışdıq və bu istiqamətdə işi davam etdirməli, bu ideyanı irəli sürməliyik və bu məsələni yenidən qətnamədə qeyd etməliyik. Bu ölkə, sözün açığı, Kremlpərəst siyasətdən azad edilməlidir", - deyə Yukneviçyen qeyd edib. Avropa Parlamentinin digər deputatı Marketa Gregorova isə ölkədə edilməli olan islahatlardan danışıb...

 

JASMİN

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN