Belarus destruktivliyə qarşı çəkindirici vasitə kimi ölüm cəzasını qanuniləşdirmək istəyir.

Tezadlar.az "Belorusskaya pravda"ya istinadla bildirir ki, ölkədə qanunvericilik səviyyəsində dövlətə xəyanətə görə cəza tətbiq etməyi planlaşdırırlar. Bu barədə Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının mətbuat xidməti də məlumat yayıb. Bildirilir ki, deputatlar birinci oxunuşda “Cinayət məsuliyyəti məcəllələrində dəyişiklik edilməsi haqqında” qanun layihəsini dəstəkləyiblər. Sənəd xüsusilə Belarusda dövlətə xəyanətə görə məmurlar və hərbi qulluqçular üçün ölüm cəzasının tətbiqini nəzərdə tutur. Müstəsna cəza tədbirinin tətbiqinin qanuniləşdirilməsində məqsəd “dağıdıcı ünsürlərə qarşı çəkindirici təsir göstərmək, habelə dövlətə xəyanətə qarşı qətiyyətli mübarizə nümayiş etdirməkdir”.
 2022-ci ilin mayında Belarus senatorları terror aktları və əcnəbilərin və ya dövlət xadimlərinin öldürülməsinə cəhdə görə ölüm cəzasının tətbiqinə icazə verən qanun layihəsini təsdiqləyiblər. O da bildirilib ki, Belarusda ölüm hökmü “dəmir yolu partizanlarını” bu qanunsuz yoldan çəkindirmək məqsədi daşıyır...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA