booked.netbooked.net booked.net  

12 ölkənin nümayəndələrinin daxil olduğu beynəlxalq səyahətçilər qrupu Azıx mağarasından sonra ekoloji fəalların 55 gündür dinc aksiya keçirdikləri Xankəndi-Laçın yoluna gəliblər.

Tezadlar.az AzərTAC-a istinadla bildirir ki, səyyahlar yolda heç bir blokadanın olmadığını, Ermənistandan Xankəndinə və əks istiqamətdə avtomobillərin sərbəst şəkildə hərəkət etdiyini öz gözləri ilə görüblər.

Onu da deyək ki,  beynəlxalq səyahətçilər qrupu fevralın 4-6-da azad edilmiş ərazilərdə səfərdə olacaq. Heyət üzvləri Qarabağ və Şərqi Zəngəzura üç günlük səfər zamanı Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə hərəkət edəcəklər. Bu səfər bir daha azad edilmiş ərazilərdəki dağıntılara, burada aparılan quruculuq-bərpa, minatəmizləmə işlərinə beynəlxalq səyahətçilərin marağının xeyli artdığını nümayiş etdirir. Belə ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, “NomadMania” və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun geniş tərkibdə heyətlərinin ötən 2 ildə 5 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə olub.

Belə tədbirlərin erməni yalanlarının ifşa edilməsində böyük əhəmiyyəti vardır. Belə ki, hətta ötən gün Ermənistan parlamenti dinc aksiyanın guya Qarabağda məskunlaşmış erməniləri blokadada saxladığını müzakirə edib. Amma beynəlxalq səyyahlar bir daha şahid oldular kii, bu aksiya ermənilərin Qarabağdakı qanunsiz qazıntı və əməlıərinə qarşıdır.

A.Məmmədli

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN