booked.net booked.net  

 

BMT Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdən narahatdır və dialoqa çağırır.

Dünya təşkilatının nümayəndəsi Bakı və İrəvanı eskalasiyaya səbəb ola biləcək hərəkətlərdən imtina etməyə çağırıb.

Ermənistan-Azərbaycan sərhədindəki gərginlik Birləşmiş Millətlər Təşkilatında narahatlıq doğurur. Bu barədə çərşənbə günü BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak bildirib.

"Biz Ermənistan-Azərbaycan sərhədində gərgin vəziyyət, o cümlədən bu gün haqqında məlumatlar daxil olan son insident barədə məlumatları artan narahatlıqla izləyirik. Biz hər iki tərəfi təmkinli olmağa, eskalasiyaya səbəb ola biləcək istənilən hərəkətlərdən imtina etməyə, mövcud problemləri dialoq yolu ilə həll etməyə çağırırıq", - deyə Hak bildirib.

Nə deyirik, mister Fərhan. Biz razı. Amma sən gəl indi ermənini başa sal görüm necə başa salırsan? Nuh deyir,Peyğəmbər demir. Ermənistan öz işğalçı, düşmənçilik siyasətini, törətdiyi təxribatı, çirkin əməllərini ört-basdır edir,günahı isə Azərbaycanda görür.

30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan,terrorla, vandalizmlə, dinc əhalini qətlə yetirməklə məşğul olan Ermənistan üçün bu bəyanatlar,narahatlıqlar vız gəlib və indi də müharibədəki məğlubiyyətini uda bilmir və yenə də sərhəddə, Kəlbəcər zonasında dinc durmur, mövqelərimizi atəşə tutur.

BMT nümayəndəsinin “narahatçılığından” çox keçmədi ki, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde də özünün "Twitter" səhifəsində belə yazıb: "Ermənistan-Azərbaycan sərhədi boyunca təkrarlanan insidentlər barədə məlumatlar böyük narahatlığa səbəb olur. Tərəfləri son humanitar addımları inkişaf etdirməyə və həll edilməmiş məsələlərin dinc yolla həlli üçün 9 noyabr bəyanatını tam yerinə yetirməyə çağırıram". 

 İndi bu çağırışlarla, narahatlıqlarla tanış olanda adamda belə bir təsəvvür yaranır ki, bu beynəlxalq təşkilatların heç bir səlahiyyətləri yoxdur və bir növ özfəaliyyət dərnəyi kimi bir təşkilatdılar.Əgər narahatçılıq əvəzinə Ermənistana qarşı sərt sanksiyalar tətbiq edilsəydi və ya erməni caniləri beynəxalq məhkəmələrə verilsəydi, onların bu narahatçılıqlarını başa düşərdik. ATƏT-in güya nüfuzlu nümayəndəsi olan ABŞ Ermənistana,separatçı rejimə maddi dəstək edir, milyonlarla pul ayırır, digər tərəfdən də narahatçılığını bildirir.

Erməni aqressivliyinin qarşını yalnız güc tətbiq etməklə almaq olar. Azərbaycanın igid övladları öz qanı hesabına bir vaxtlar pafoslu, hədələyici çıxışları ilə, güclü erməni ordusu ilə öyünən  terrorçuları məhv etdi. Amma, ermənilər yenə də başa düşmədilər və sərhəddə təxribatla məşğul olurlar. Onlar hələ də 90-cı illərdəki eyforiya ilə yaşayırlar və elə güman edirlər ki, bu belə də davam edəcək. Amma çox yanılırlar. Azərbaycan Ordusu regionun əzəmətli,güclü ordusuna çevrilib və onunla silah gücü ilə danışmaq olmaz.

İndi bu “narahatçılıq” lar heç nəyə yaramayan fikirlərdir və onların heç bir praktiki əhəmiyyəti yoxdur. Azərbaycan öz ordusuna, prezidentinə güvənir və ermənilərin istənilən təxribatının qarşısı alınacaq və bunu BMT-də,AŞPA-da,ATƏT-də bilməlidir.Bu bizim suveren hüququmuz, bu bizm şərəf məsələmizdir.    

Şakir QURBANOV

 

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN