booked.netbooked.net booked.net  

İrəvanda yaşayan bloger Roman Baqdasaryan erməni olsa da, hərdən doğru xəbərlər paylaşır.

Məsələn, onun bu gün Ruben Vardanyan haqqında maraqlı bir paylaşımı var. Yazır: «Artsaxdakı mənbələrimiz bildirir ki, Rubenin getməsinə görə məmurların ofislərində sevinc və xoşbəxtlik var.

Ruben İrəvandan gələn pulları idarə etmək istəyirdi, amma Vito və Oqanovski kimi bandit dəstələri qalib gəldi…».

Roman Baqdasaryan ötən gün Xankəndidə Araikin yanında keçirilən bir iclasın təfərrüatlarını da paylaşıb. Yazır: «…Ruben Vardanyan 15 dəqiqə çıxış edib. Yanındakılar onu heç 15 dəqiqə belə diqqətlə dinləmək istəmədi... Hamı ona düşmən kimi baxdı, yatdılar, əsnədilər və başa saldılar ki, sən bizə yadsan…».

Nəhayət, Roman Baqdasaryan mətləbə gəlib: «“Qarabağ klanı” və qondarma “Qarabağ hökuməti” 44 günlük müharibədə uduzub, amma buna baxmayaraq, ermənilərin azərbaycanlılarla əbədi vuruşmasını istəyirlər: Həqiqəti bilmək istəyirsiniz? Qarabağda yeni müharibə başlasa, bunu açıq deyirəm, o zaman döyüşlər düz 24 saat davam edəcək. 24 saatdan sonra bir nəfər də olsun sağ qalmayacaq, hamınız yox olacaqsınız. Qarabağda bütün qadınlar evsiz, mənzilsiz qalacaq. Bunu istəyirsiniz?.. Arayik Arutyunyan, nəhayət,  Azərbaycanla danışmalıdır”.

Yox, danışmağa ehtiyac yoxdur. 30 il silah, işğal və viranəlik dilində danışdınız, indi söz Azərbaycanındır, Azərbaycan danışmalıdır və danışır da. Əgər ermənilər, Roman Baqdasaryanın dili ilə desək, «24 saatdan sonra…» sağ qalmaq istəyirlərsə, gəmidə oturub gəmiçi ilə dava etməməlidirlər. Və Azərbaycanda Azərbaycan  vətəndaşı kimi davranmalıdırlar…

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN