booked.netbooked.net booked.net  

Gürcüstan Respublikasının prezidenti Salome Zurabişvili

Rusiya Prezidenti Vladimir Putinin Gürcüstan vətəndaşlarına tətbiq edilən viza rejimini ləğv etməsini, həmçinin birbaşa uçuşların bərpası ilə bağlı fərmanlarını "qəbuledilməz"hesab edib və bunu  “Rusiyanın daha bir  təxribatı” adlandırıb.

O, bu barədə Tvitter hesabındakı paylaşımda bəyan edib.  

“Daha bir Rusiya təxribatı! Rusiya Ukraynaya təcavüzünü davam etdirdiyi və ərazilərimizi işğal etdiyi müddətdə Gürcüstana birbaşa uçuşların bərpası və viza rejiminin ləğvi qəbuledilməzdir ”, - deyə prezident qeyd edib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin çərşənbə günü mayın 15-dən etibarən Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edən fərman imzalayıb. Rusiya lideri başqa bir fərmanla 2019-cu ildən bəri qüvvədə olan Rusiya aviaşirkətlərinin uçuşlarına və Gürcüstana turların satışına qadağa qoyulmasını da  ləğv edib.

Xatırladaq ki, Gürcüstanla viza rejimi Rusiya hakimiyyətinin qərarı ilə 2000-ci ildə tətbiq edilib. Eyni zamanda, Gürcüstan 2012-ci ildən ruslar üçün vizaları ləğv edib. Gürcüstan qanunvericiliyinə görə, Rusiya vətəndaşları ölkəyə vizasız səfər edə və respublikada bir ilədək qala bilərlər. İki ölkə arasında diplomatik əlaqələr 2008-ci ildə Rusiyanın Abxaziya və Cənubi Osetiyanı tanımasından sonra Tbilisi tərəfindən kəsilib.

Əlavə edək ki, 2008-ci ildə Rusiya hökuməti Gürcüstanı "Cənubi Osetiyaya qarşı aqqresiyada" təqsirləndirdi və həmin ilin 8 avqust tarixində "sülhü təmin etmə" əməliyyatı adı altında havadan, qurudan və dənizdən Gürcüstan ərazisinə genişmiqyaslı hücuma başladı.

 12 avqustda Fransa prezidenti Nikola Sarkozinin təşəbbüsü ilə atəşkəs müqaviləsinin imzalanması nəticəsində beş günlük müharibə başa çatdı...

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN