booked.netbooked.net booked.net  

"Rusiyadan Gürcüstana birbaşa uçuşların bərpa olunması Gürcüstan hava limanlarını sanksiyalar riski altında qoya bilər...."

Tezadlar CNN-ə istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel keçirdiyi brifinqdə deyib. O, bildirib ki, hazırda hər hansısa bir dövlətin Rusiya ilə əlaqələri inkişaf etdirməsinin zamanı deyil. Sitat:  “ABŞ da daxil olmaqla, bir çox Qərb ölkələri Rusiya təyyarələrinin öz hava məkanlarına daxil olmalarını qadağan edir. Əgər Rusiya və Gürcüstan arasında birbaşa uçuşlar davam edərsə, əlbəttə ki, biz Gürcüstan hava limanlarının idxal və ixrac nəzarətinə tabe olan təyyarələrə xidmət göstərdikləri üçün sanksiyalar riski altına düşmələrinə görə narahat olardıq. Bütün Qərb cəmiyyəti Rusiya rejimi ilə öz arasına məsafə qoyub və indi heç bir ölkənin Rusiya ilə əlaqələrini artırmağın vaxtı deyil. Gürcüstan xalqı ehtimal ki, birbaşa uçuşların bərpası və ya viza rejiminin dəyişdirilməsindənsə Prezident Putinin Rusiya qoşunlarını işğal altında saxladığı Gürcüstanın 20 faiz ərazisindən çıxarmasını görmək istəyərdi”.

Xatırladırıq ki, Putinin Gürcüstan vətəndaşları üçün viza yumşaqlığı məsələsi Gürcüstan hakimiyyətində də ciddi fikir ayrılıqları yaranıb... Məsələ isə getdikcə ciddiləşməkdədir...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN