Saakaşvili xalqa müraciət edərək gələcəyinə sahib durmaq barədə xəbərdarlıq edib...

Sitat: "Mən diaspordakı dostlarıma, tanışlarıma və tanımadığım insanlara müraciət etmək istəyirəm: gəlin, tariximizin həlledici məqamında bir-birimizin əllərindən tutaq ki, ölkəmizi itirməyək".

Tezdlar.aqz Gürcüstan KİV-lərinə istinadla bildirir ki, eks-prezident Mixail Saakaşvili özünün sosial media hesabında qeyd edib. Saakaşvili deyib ki, onun xahişi ilə “Milli Hərəkat”ın liderləri diaspor nümayəndələri ilə görüşsün: “Qarşıdan gələn seçkilər öz əhəmiyyətinə görə tarixidir və Gürcüstanda Kommunist Partiyasının məğlub olduğu və milli hərəkatın qalib gəldiyi 1990-cı il seçkilərinə bərabərdir. Əgər gürcü xalqı növbəti seçkilərdə qalib gələ bilməsə, oliqarx hakimiyyəti həmişəlik möhkəmlənəcək və Gürcüstan dövləti sürətlənmiş templə sona gedəcək. Odur ki, harada olmasından asılı olmayaraq, bütün gürcülərin bu seçkilərdə iştirakı həlledicidir".

O da məlum olur ki, Saakaşvilinin xahişi ilə “Qələbə Koalisiya” nümayəndə heyəti Amerikada diasporla görüşür və növbəti görüş ABŞ, Almaniya, Yunanıstan və digər Avropa ölkələrində olacaq. 

Hakim partiyadan hələki bu barədə açıqlama yoxdur...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN