"İsrail ordusu Qəzza zolağında əməliyyatın birinci mərhələsini tamamlayıb və növbəti əmrlərə qədər davam edəcək yeni mərhələnin icrasına başlayıb”.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant ölkənin hərbi rəhbərliyi ilə vəziyyəti qiymətləndirmək üçün keçirilən görüşdən sonra bildirib. O çıxışında deyib: “Müharibənin birinci mərhələsini keçdik. Bu gecə Qəzzada yer silkələndi. Yerdən və havadan zərbələr endirdik, bütün səviyyələrdə, hər yerdə terrorçulara hücum etdik. Ordu üçün göstərişlər aydındır: Yeni sərəncam olana qədər hərəkat davam edəcək”.

 Bu arada İsrail Türkiyə siyasi rəhbərliyinin, xüsusən də ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son bəyanatları fonunda ikitərəfli münasibətləri yenidən qiymətləndirmək üçün Türkiyədən diplomatlarını geri çağırıb.

 Bundan başqa, Almaniya silahlı qüvvələri ölkə vətəndaşlarının münaqişə zonasından çıxarılması üçün mümkün əməliyyat məqsədilə Yaxın Şərqə mindən çox hərbçi yerləşdirib.

Qarşıdurma isə son həddə çatıb. HƏMAS-ı qızışdırıb ortaya salanlar isə cızasını gözləyir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN