booked.netbooked.net booked.net  

"Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün müxtəlif platformalarda danışıqlar gedirdi".

Bu sözləri açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev deyib. Sitat: "Beynəlxalq aləmdə özündə sülhpərəst dövlət imici yaratmaq üçün bəyanatlar verir. Əməllərdə isə təxribat edərək, müxtəlif bəhanələr gətirərək sülh danışıqlarını, sülhün imzalanmaması üçün prosesi uzadır. Paşinyanı hakimiyyətə gətirən dairələr onun üzərindən Cənubi Qafqazda öz siyasi maraqlarını həyata keçirmək istəyirlər. Bu baxımdan Avropa birliyi adına Fransa, Almaniyanın müşahidə qrupu şərti sərhəddə yerləşdirildi. Bu sərhədə gətirilən müşahidəçilərin əksəriyyəti xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən keçmiş hərbiçilərdir. Onlar sərhəddə kəşfiyyat pozuculuq işləri ilə də məşğul olurlar. Təxminən yarım ay bundan əvvəl ABŞ-ın Ermənistandakı səfirliyi belə bir bəyanat yaydı ki, Amerika vətəndaşlarının sərhəd bölgələrinə getməməsi barəsində müraciət etmişdi. Bu müraciəti də ona görə etmişdi ki, onların əldə etdiyi məlumatlara görə sərhəddə gərginliyin baş verəcəyini ehtimal edərək bu bəyanatı vermişdilər. Sərhəddə son gərginliyin yaranması, atəşkəsin pozulması Ermənistan tərəfindən düşünülmüş təxribatın tərkib hissəsidir. Beynəlxalq aləmin diqqətini yenidən sərhədə yönəltmək məqsədi daşıyır. Avropa rəsmilərinə Ermənistanın xarici işlər naziri ilə görüşündə Azərbaycan əleyhinə bəyanatlar səsləndirir. Yəni təxribat baş verməlidir ki, Azərbaycana qarşı növbəti təzyiq kompaniyasına başlasın. Bəyanatların səsləndirilməsini qeyd etsinlər. Son vaxtlar Fransa və Qərb açıq şəkildə Ermənistanı silahlandırır. Bu silahlanma gələcəkdə Azərbaycan sərhədində təxribat törədərək yenidən müharibə şəraiti yaratmağa hesablanır. Snayperdən atılan güllə, xaricdən alınan güllə kimi ekspertlərin verdiyi rəyə görə xaricdən gətirilən silahlardan atılan güllədir. Ermənistan təcavüzkar dövlət olduğuna görə Ermənistanın silahlandırılması heç bir normaya uyğun deyil. Əslində, Paşinyanı himayə edən dairələr Cənubi Qafqazda sülhün olmasını istəyirlərsə, Paşinyana təzyiq etməlidirlər ki, sülh sazişinə getsin. Təəssüflər olsun ki, Qərb Cənubi Qafqazda stabilliyi pozmağa maraqlıdır. Paşinyanın əlinə siyasi, iqtisadi, hərbi cəhətdən gücləndirirlər. Son vaxtlar sərhəddə təkcə Zəngəzur bölgəsində deyil, Tovuz bölgəsində də atəşkəs pozulur. Ümumilikdə bu gərginliyin yaranması Azərbaycanın növbəti təzyiq kompaniyanın başlanmasına hesablanmış tədbirdir".

Politoloq əlavə edərək deyib ki, Ermənistan sərhəddə yenə atəşkəsi pozarsa, Azərbaycanın özünü müdafiə haqqı var: "Beynəlxalq hüquq prinsiplərinə, BMT-nin nizamnaməsinə görə hər bir dövlətin özünü müdafiə etməsinə haqqı var. Azərbaycan Prezidenti bu ilin yanvarında Azərbaycanın kütləvi informasiya vasitələrinə, jurnalistlərə müsahibəsində qeyd etmişdir ki, istənilən təxribatın qarşısı alınacaq və kəskin cavab veriləcək. Ermənistan bu cür təxribata əl atmamalıdır. Münaqişədə ən çox əziyyət çəkən Ermənistan olacaq. "10 noyabr sazişi"nin müddəalarına görə sülhməramlı qüvvələr Qarabağ bölgəsində yerləşdirilmişdi. 2025-ci ilə qədər onların bölgədə olması öhdəlikləri var. Qarabağ problemi həll olunduğuna görə sülhməramlı qüvvələrin orada qalması məqsədəuyğun deyil. Sülhməramlı qüvvələrin bölgədə yerləşdirilməsi bizim suverenliyimizə təhlükə deyil. "10 noyabr sazişi"nin 9-cu müddəası Zəngəzur dəhlizinin açılması haqqındadır. Rusiya tərəfi öhdəlik götürüb və Zəngəzur dəhlizinin təhlükəsizliyinə Rusiya hüquq-mühafizə orqanları nəzarət etməlidir. Bu baxımdan sülhməramlı qüvvələr Azərbaycandan çıxarılaraq Zəngəzur dəhlizinə yerləşdirilərək bölgənin infrastrukturun açılmasını təmin etməlidir. Son vaxtlar sərhəddə atəşkəsin pozulması Ermənistan tərəfindən ona hesablanıb ki, Ermənistan qərbin sülhməramlı qüvvələrini bölgəyə gətirmək istəyir. Bu baxımdan, Azərbaycan və Ermənistan arasında şərti sərhəddə sülhməramlı, Qərb qüvvələrinin sərhəddə yerləşdirilməsini istəyir. Yenidən Ermənistan tərəfindən atəşkəsin pozulması bu planın tərkib hissəsidir. Qərbin silahlı qüvvələrinin bölgəyə gəlməsi regionda böyük konfliktin yaranmasına səbəb ola bilər. Sülh sazişi imzalanmalı və sərhədlərin müəyyən edilməsi, dəqiqləşdirilməsi prosesi olmalıdır. Əgər Azərbaycan-Ermənistan arasında sərhədlər müəyyən edilməyibsə, sülhməramlı qüvvələr hansı bölgəyə nəzarət edəcək? Ermənistan rəhbəri Paşinyanın yeritdiyi siyasət stabilliyi pozacaq siyasətdir. Bu da bölgə dövlətlərinin maraqlarına uyğun deyil". (SİA)
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN