booked.netbooked.net booked.net  

"Salome Zurabişvili Münhendə Gürcüstanı deyil, yalnız özünü təmsil edir - o hesab edir ki, Gürcüstan onun iqamətgahının arxa bağçasıdır və burada istədiyini edəcək".

TEZADLAR.AZ Gürcüstan KİV-nə istindən xəbər verir ki, bu sözləri jurnalistlərə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, ölkə prezidenti Salome Zurabişvilinin Münhenə icazəsiz səfərini şərh edərkən deyib.

O deyib ki, Zurabişvilinin Münhenə icazəsiz səfərinin məqsədi Gürcüstanın beynəlxalq reputasiyasını sarsıtmaqdır: "Bu fakt bir daha onu göstərir ki, onu Gürcüstan Konstitusiyası, gürcü xalqı qətiyyən maraqlandırmır, o, Gürcüstanın onun iqamətgahının arxa bağçası olduğunu, orada istədiyini edəcəyini düşünür. Salome Zurabişvilinin öz mövqeyini saxlamasının yeganə səbəbi “Milli Hərəkat”ın dəstəyidir. O, Konstitusiyanı pozub, bunu Konstitusiya Məhkəməsi də təsdiqləyir. Təbii ki, parlament o zaman onun impiçmenti ilə bağlı qərar verməli idi. Parlament üzvlərinin 2/3-nin parlamentə toplana bilməməsinin yeganə səbəbi “Milli Hərəkat”ın Salome Zurabişviliyə dəstəyi idi. Ona görə də təbii ki, Salome Zurabişvili birbaşa “Milli Hərəkat”dan asılıdır. Bütün bunlar ortaya çıxacaq. Hələlik görürük ki, mükafat nədir, mükafat radikallaşmaq və ölkəni gözdən salmaqdır", - deyə Şalva Papuaşvili bildirib.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN