booked.netbooked.net booked.net  

 ...2021-ci ilin dekabr ayının sonlarında Rusiya prezidenti V.Putinin MDB dövlət başçılarının təcili surətdə Sankt-Peterburqa toplamasının səbəbləri

haqqında demək olar ki, heç bir məlumat verilmədi... Və bunun fonunda görüşün mövzu və danışıqlarının mətni barədə də heç nə deyilməyib, ancaq «V.Putin N.Nazarbayevlə görüşüb» məlumatının verilməsi, əslində, Sankt-Peterburq toplantısı məsələsinin mayasında məhz Rusiyanın Qazaxıstanı işğal etmək məqsədinin durduğunun ifadəsi imiş. Orta Asiyanın türk dövlətlərinə Çinin iqtisadi ekspansiyası çoxdan məlum idi. Çin SSRİ dağıldıqda bir müddət prosseslərin gedişini izlədikdən sonra Qazaxıstana qarşı 34000 km2 ölçüdə ərazi iddiası qaldıraraq 1994-cü ildə 946 km2, 1997-ci ildə isə 407 km2 olmaqla, ümumilikdə 1353 km2 ərazini Qazaxıstandan alıb. Daha sonra isə Çin 1999-cu ildə Qırğızıstandan da 161 km2 ərazi alıb. Çinin Qazaxıstan  və Qırğızıstana iqtisadi ekspansiyasının nəticəsi olaraq qazaxların Çinə dövlət borcu hələ üç il bundan qabaq 10 milyard, qırqızların borcu isə 8 milyard ABŞ dollarından çox idi.

 Son üç ildə isə Çinin bu ölkələrə investisiya qoyuluşu daha da artmaqla, onların Çinə olan borcu da uyğun olaraq artmışdır. Bu məsələnin arxa cərgədə duran, lakin həm də müəyyən əhəmiyyət kəsb edən tərəflərindən biridir. Rusiyanın Qazaxıstanda sabitliyi pozub, bu sabitsizliyi bəhanə edərək oraya qoşun yeritməsini zaman etibarilə sürətləndirən məsələ TÜRK DÖVLƏTLƏRİ BİRLİYİNİN TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATINA çevrilməsinin TURAN DÖVLƏTİNİN bu və ya digər formada yaradılmasının, xüsusilə ilk olaraq onun əsas müdafiə vasitəsi olan TURAN ORDUSUNUN yaradılmasının ciddi olaraq gündəmə gəlməsi idi. Bununla da Kreml SSRİ-nin ərazisi olmuş torpaqların heç olmasa müəyyən hissəsini Rusiya ərazisinə qatmaqla Rusiyanı SSRİ ranqlı bir dövlətə çevirmək məqsədini güdür. Bunun başqa, ikinci, üçüncü dərəcəli səbəbləri də mövcuddur. Belə ki, Ukraynanı işğal və ilhaq etmək Rusiya üçün Qazaxıstanı işğal etməkdən daha çətin və təhlükəlidir. Çünki Ukrayna hərbi cəhətdən Qazaxıstandan güclü olmaqla, Qərbin də Rusiyanın Ukraynanı işğal edəcəyinə sakit oturub baxmayacağı aydın məsələdir.

 Əlavə bir amil də var ki, bu da Rusiyanın dövlət piramidasında, xüsusilə hərbi sistemində çoxsaylı, həm də mühüm vəzifələr tutan Ukrayna əsilli Rusiya vətəndaşları var. Bu amil də İranın Azərbaycana «xoruzlandığı» vaxt Tehran yetkililərinin bir gözünün İrandakı 52 milyondan çox türkə baxıb qayğılandığı kimi, Rusiyanı da bu amil qayğılandırmaya bilməzdi. Bir də ki, Rusiyanın Ukraynada Yanukoviçdən sonra ikinci «xoxol Tokayev» tapa bilməsi çox problemli məsələdir. Hal-hazırda Rusiyanın işğal planlarında ən zəif bənd Qazaxıstan idi ki, Rusiya da oraya qoşun yeridib müvəqqəti də olsa işğal edərək orada özünün «qazax Yanukoviç»inin yerini möhkəmləndirdi. Bununla da Mərkəzi Asiyada TURAN üçün çox önəmli olan Qazaxıstanı və N.Nazarbayevin bu prossesdə fəal iştirakını neytrallaşdırdı.

 Coğrafi amillər isə Türkiyənin Qazaxıstandakı bu günkü vəziyyətinə hər hansı bir dərəcədə ciddi qarışmasına imkan vermir. Bunlardan başqa da Qazaxıstanda Rusiyanın böyük hərbi qüvvələrinin mövcudluğu ona Özbəkistan və Türkmənistana qarşı da süni yaradılmış müxtəlif bəhanələr ilə işğal aktı həyata keçirməyə də əlverişli şərait yaratmış olur. Məhz bu səbəbdən Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Azərbaycan və Türkiyənin həm də oraya Pakistan da cəlb edilməklə birgə hərbi müdafiə qüvvələri yaradılması son dərəcə təleyüklü məsələdir.

***

...Qazaxıstanda baş verən hadisələrin anatomiyasına nəzər saldıqda bu Əfqanıstanda SSRİ-nin dövlət çevrilişi edərək Tərakini hakimiyyətə gətirməsi, sonra isə Hafizulla Əmini öldürərək hakimiyyəti devirməsi ssenarisi ilə çox doğmalıq təşkil edir... Bundan başqa, Sankt-Peterburqda Putinlə görüşdən sonra dərhal Nazarbayevin yoxa çıxması, Qazaxıstanın 80 minlik ordusunun «buxarlanaraq» yoxa çıxması ilə bərabər Tokayevin baş vermiş iğtişaşların yatırılması üçün ölkənin 80 minlik qoşunundan istifadə etmək əvəzinə, rəsmən elan edilmiş 3700 nəfərlik KTMT qoşunundan istifadə etmək «istəməsi» də birmənalı olaraq Kremlin Qazaxıstanda silahlı müdaxilə vasitəsilə hərbi çevriliş etməsini ortaya qoyur. Bunun Rusiyanın ABŞ-dan NATO-nun keçmiş SSRİ respublikalarının NATO-ya qəbul edilməyəcəyinə, bu respublikalarda NATO qüvvələrinin yerləşdirməyəcəyinə zəmanət verilməsi tələbinə rədd cavabı verilməsi, Türk Birliyinin Orta Asiya Türk Respublikalarında möhkəmlənməkdə olduğu ilə yanaşı, əsas amil Moskvanın, şəxsən Putinin keçmiş SSRİ ərazisini öz hegemonluğu altında bu və ya digər üsulla öz əsarətinə almasından ibarət olan imperiya ambisiyasının reallaşdırılmasında israrlı olmasıdır. Bu respublikaların NATO-ya qəbul edilməməsinə, orada NATO hərbi qüvvələrinin yerləşdirilməcəyinə zəmanət verilməsi, əslində Türkiyənin də bu respublikalard, hətta ortaq hərbi qüvvələrinin yerləşdirilməsinin də qadağan olunması idi. Qazaxıstana qoşun yeridib işğal edən Rusiya, əslində, ilk növbədə NATO-nun üzvü olan Türkiyənin Türk Dövlətləri Təşkilatı olaraq Qazaxıstanda və digər Orta Asiya Türk Respublikalarında mövcudluğunu önləmək məqsədi güdürdü. Eləcə də Türk Dövlətləri Təşkilatının üzvlərini nəinki hərbi, eləcə də digər iqtisadi-ictimai istiqamətlərdə inteqrasiyasının qarşısını almaqla, onları ayrı-ayrılıqda, qurdun hücumundan yayınma şansı olmayan, dirəyə bağlanmış quzu vəziyyətində saxlamağa hədəflənib. Rusiyanın bu «iştahının» qarşısı alınmasa digər Türk Respublikalarında da bu işğal aktlarının davam edəcəyi heç bir şübhə doğurmur.

 

...Dəqiq aydın olmayan bir məsələdir: Rusiya Türk Dövlətləri Təşkilatına hansı istiqamətdən hücum edəcək? Əgər biz Belorusiyanın prezidenti A.Lukaşenkonun bir müddət əvvəl, «Qazaxıstanda baş verən hadisələrdən ilk qövbədə Özbəkistan nəticə çıxarmalıdır», Rusiya dövlət dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovun  «İnterfaksa» müsahibəsində dediyi, «Qazaxıstanda baş verən hadisələr fonunda Özbəkistan KTMT-yə qayıda bilər... kimi bəyanatları düşündürücüdür... Eləcə də “Daşkənd görməlidir ki, arxalanacaq başqa heç kim yoxdur» sözləri ilk növbədə Qazaxıstandakı dövlət çevrilişini və oraya işğal aktını məhz Rusiyanın təşkil etdiyini dolayısı ilə sübut etməklə yanaşı, Rusiyanın növbəti işğal hədəfinə işarədir. Bir tərəfdən Qazaxıstana Rusiyanın sülhməramlı deyil, çoxlu sayda Xüsusi Təyinatlı elit dəstələri ilə birgə ağır hücum texnikasının yeritdiyini, Özbəkistanın da Qazaxıstanla yetərincə böyük sərhəd xətti olmasını nəzərə aldıqda Rusiyanın Özbəkistanda işğal aktı həyata keçirmək imkanı real variantdır. Xüsusilə bir də ona görə ki, Özbəkistan işğal edildiyi halda Rusiya birbaşa Qazaxıstan, Özbəkistan, İran və Xəzər dənizi ilə əhatəyə alınmış Türkmənistanı mühasirəyə almış olur. Bu Rusiyanın Türk Dövlətləri Təşkilatına uzun müddətə, yəni, Rusiyanın yeni tənəzzül dövrünə qədər son qoyması anlamına gəlir. Lakin Rusiyanın hücum etmək ehtimalı real olan başqa bir istiqamət də var, bu istiqamət Azərbaycandır. Belə ki, Azərbaycan işğal edildiyi halda, Rusiyanın Ermənistanla birbaşa rabitəsi yaranır, Türkiyənin nəinki Azərbaycanla, eləcə də Orta Asiya Türk Respublikaları ilə əlaqəsini kəsmiş olur.

 Bu sətirləri yazanda 5-ci sinifdə Buzovnada 125 saylı məktəbdə oxuyanda Boris adlı pəzəvəng, bir gözü çəp erməni alman dili müəllimimizin hərdən qəfildən stolun arxasından durub arxa partaya tərəf gələrkən gözü çəp olduğundan sağdakı  partada oturan şagirdə baxdığı halda sol cərgədə oturan şagirdə möhkəm zərbə endirərək bir neçə ay ərzində neçə nəfər şagirdin burnunu, ağzını qanatdığı, gözünə «fanar» qoyduğu, bir şagirdin isə iki dişini sındırdığı yadıma düşdü. Xeyli sonralar valideynlərin tələbi ilə direktor Heydər müəllim onu məktəbdən çıxardı.

***

…Rusiyanın Qazaxıstan işğalında ermənilərə dəyər verməsi həm dünyaya «kollektivlik» görüntüsü yaratmaqla bərabər, «erməni-rus» qardaşlığı» simvolunu nümayiş etdirmək idi. Azərbaycanda artıq Türkiyə amilinin mövcud olmasına baxmayaraq, Rusiya ruporları Özbəkistanı nişan versələr də Rusiya bizim “çəpgöz Boris müəllim” kimi Azərbaycana da hücum edə bilər. Belə ki, Rusiya dövlət büdcəsinin əsas gəlir mənbələrindən biri olan karbohidrogenləri xammal olaraq Ukraynadan Avropaya çıxara bilməyən Rusiya Türkiyə vasitəsilə dünya bazarına çıxarmağa başladıqdan sonra ona sərf edən bir sıra iqtisadi-texniki müqavilələr bağladı… Xüsusilə C-400 zenit raketlərini Türkiyəyə satmaqla, əsas məqsədi gəlir əldə etməkdən çox, onun NATO ilə münasibətlərini pozub, NATO-dan çıxmasına nail olmaq idi. Belə ki, bütün cəhətlərdən dünyanın ən səmərəli geostrateji məkanında yerləşib, NATO-da ikinci güclü hərbi qüvvə olan Türkiyənin Qərbin çevrəsindən çıxdığı halda Rusiya bir güllə ilə üç hədəf vurmuş olurdu. O həm NATO-nu əhəmiyyətli dərəcədə zəiflətmiş, NATO-nun Türkiyə boğazları ilə Qara dənizə giriş-çıxışını bağlamış olurdu… Həm də Türk Dövlətləri birliyinə də üzv olmaqla, bu dövlətlərin vahid Türk dövlətinə çevrilməsini qapayaraq Rusiyanın hegemon olduğu bir təşkilata çevirmiş olurdu. Qarabağda Ermənistan-Azərbaycan arasındakı müharibədə hələ 1993-94-cü illərdə Dağlıq Qarabağa müsəqillik və ya ən yüksək status verilməsində Azərbaycanla alver məqsədilə işğal olunmuş ərazilər azad edilənə qədər Rusiyanın neytral qalması da Türkiyəni Qərbdən qoparıb öz nəzarəti altına salmaq, bu mümkün olmadıqda Qarabağın bu gün rus qoşunlarının əlində olan ərazini girov olaraq saxlamaqla, həm də Suriyada Türkiyəyə təsir mexanizmi olaraq Azərbaycanın tam qələbəsinə imkan vermədi.

Türkiyənin Özbəkistanla, Türkmənistanla və Qırğızıstanla əlaqəsini məhdudlaşdırmaq üçün Rusiyanın növbəti işğal aktının Azərbaycana qarşı həyata keçirməyə çalışacağı daha çox gözləniləndir. Belə düşünməyə Rusiyanın müvəqqəti «sülhməramlı» qüvvələrinin yerləşdiyi ərazilərdə 10.10.2020-ci il tarixli üçtərəfli razılaşmasının əsas bəndlərinə əməl etməməsi, sülhməramlı statusuna uyğun olmayan ağır hücum silahlarının, razılaşmada nəzərdə tutulmayan çoxlu canlı hərbi qüvvəsnin toplanması, Ermənistana yeni, müasir silahlar verməklə bərabər, qondarma rejimin qanunsuz yaradılan terrorçu dəstələrini silahlandırması və s. faktlar real əsaslar verir. Əlbəttə, Rusiyanın Azərbaycana qarşı belə bir addımı atmasını əngəlləyə biləcəyi amillər də mövcuddur. İlk növbədə bu halda Rusiya öz qarşısında Azərbaycanın müasir hərbi standartlarda formalaşdırılmış peşəkar ordusu ilə birlikdə Türkiyə ordusunu da görmüş olacağıdır. Türkiyə ilə Azərbaycanı bağlayan yolu Gürcüstanın da qapamayacağı bəllidir. Belə ki, belə bir addımın nəticəsi Rusiyanın Gürcüstanın da müsğəqilliyinə son qoyacağı olduğunu gürcülər də yaxşı başa düşür. Pakistanın da Türkiyə və Azərbaycanı bütün istiqamətlərdə dəstəkləyəcəyi də aksiomadır. Bu halda Rusiya münaqişəni daha da böyütmək fikrinə düşsə NATO-nu da qarşısında görmüş olacaq...

(Davamı var)

Şapur Qasımi,

Politoloq

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN