booked.net booked.net  

" Mən döndükdən sonra Nikos Dendias hər gün danışır, bizsə heç danışmırıq."

  Antaliya Diplomatiya Forumu (ADF) çərçivəsində təşkil edilən ADF Gənclik Forumunda gənclərin suallarını cavablandıran Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib: “Gərgin iş tempinə uşaqlıqda 3 gün davam edən yaylaq köçündən öyrəşmişəm. Lisey illərində isə yaxşı futbolçu idim. Hələ şagird ikən eşidirdim ki, erməni terror təşkilatı diplomatlarımıza hücum edir, şəhid veririk. Mən də onlara inad “Diplomat olacağam” deyə beynəlxalq əlaqələri oxudum.

  İdman, qeyri-hökumət təşkilatları və mədəniyyət sahələrində fəaliyyət göstərənlər bəzən diplomatlardan da yaxşı çalışır. Mən parlamentdə olarkən idmanın çox təsirini gördüm.

  Bir millətin, bir ölkənin imici biz diplomatlar üçün çox əhəmiyyətlidir, amma digər sahələrdəki müvəffəqiyyətlər də mühüm olduğu üçün idman diplomatiyasına önəm veririk.

  Basketboldakı hücum oyununa bənzətdim Yunanıstan xarici işlər naziri Nikos Dendiasla paytaxt Ankarada olan mətbuat konfransını. O, mətbuat konfransından əvvəl mənə yaxınlaşıb “Mən mübahisə yaradacaq bir şey söyləməyəcəyəm, sizdən də eyni şeyi gözləyirəm” deyincə mən deyəcəklərimi geri çəkdim. Amma təəssüf ki, yenə mətbuat konfransında çox agressiv olduq. Afinaya getdim. Orada bir şey söyləmədi mətbuat konfransında. Çox müsbət keçdi. Mən iki variantlı hazırlanmışdım təbii ki. Amma mən döndükdən sonra o, hər gün danışır, bizsə heç danışmırıq. Nə varsa, üz-üzə söyləyək. Orada – ölkəsində hər gün Türkiyə ilə bağlı şərhlər söyləyir. Bu isə nə müdafiə adlanır, nə də hücum."

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN