booked.netbooked.net booked.net  

UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turunun matçlarına start verilib.

Tezadlar.az xəbər verir ki, ilk oyun günündə dörd qrupda səkkiz qarşılaşma baş tutub.

A qrupunda mübarizə aparan Türkiyə “Qalatasaray”ı İngiltərədə “Mançester Yunayted”in qonağı olub. Maraqlı və gərgin keçən matçın sonunda İstanbul təmsilçisi qələbəni bayram edib - 3:2. Hesabı 17-ci dəqiqədə meydan sahiblərinin heyətində Rasmus Heylund açıb. Cəmi 6 dəqiqə sonra Vilfrid Zaha tarazlığı bərpa edib. Heylund 67-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vurub. 71-ci dəqiqədə Kerem Aktürkoğlu hesabı bərabərləşdirib. 77-ci dəqiqədə "Mançester Yunayted" meydanda azlıqda qalıb. Cərimə meydançasında Dris Mertensə qarşı kobudluqdan sonra Kazemiro həm ikinci sarı vərəqəni görüb, həm də penaltiyə səbəb olub. Lakin Mauro İkardi 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib. Buna baxmayaraq, argentinalı hücumçu 81-ci dəqiqədə istəyinə çatıb. O, qapıçı ilə üzbəüz dueldən qalib ayrılaraq, komandasına səfərdə vacib qələbə qazandırıb.

Bu qrupun digər matçında Almaniya “Bavariya”sı Danimarkada "Kopenhagen"i 2:1 hesabı ilə məğlub edib.

B qrupunda İngiltərə “Arsenal”ı Fransada “Lans”a uduzub. İspaniya “Sevilya”sı isə Niderlandda PSV ilə heç-heçəyə razılaşıb.

C qrupunda Almaniya “Union”u evdə Portuqaliya təmsilçisi “Braqa” ilə bacarmayıb. Gecənin ən maraqla gözlənilən oyunlarından biri İtaliyada “Napoli” ilə İspaniya “Real Madrid”i arasında keçirilib. Görüş "kral klubu"nun qələbəsi ilə yekunlaşıb.

D qrupunda Avstriya “Zaltsburq”u evdə İspaniya “Real Sosyedad”ına məğlub olub. İtaliya “İnter”i isə doğma meydanda Portuqaliya “Benfika”sını minimal hesabla üstələyib.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, II tur

3 oktyabr

A qrupu

23:00. "Mançester Yunayted" (İngiltərə) - "Qalatasaray" (Türkiyə) - 2:3

23:00. "Kopenhagen" (Danimarka) - "Bavariya" (Almaniya) - 1:2

Xal durumu: "Bavariya" - 6, "Qalatasaray" - 4, "Kopenhagen" - 1, "Mançester Yunayted" - 0

B qrupu

23:00. “Lans” (Fransa) - “Arsenal” (İngiltərə) - 2:1

23:00. PSV (Niderland) - “Sevilya” (İspaniya) - 2:2

Xal durumu: "Lans" - 4, "Arsenal" - 3, "Sevilya" - 2, PSV - 1

C qrupu

20:45. “Union” (Berlin, Almaniya) - “Braqa” (Portuqaliya) - 2:3

23:00. "Napoli" (İtaliya) - "Real" (İspaniya) - 2:3

Xal durumu: "Real" - 6, "Napoli" - 3, “Braqa” - 3, “Union” - 0

D qrupu

20:45. “Zaltsburq” (Avstriya) - “Real Sosyedad” (İspaniya) - 0:2

23:00. “İnter” (İtaliya) - “Benfika” (Portuqaliya) - 1:0

Xal durumu: , “Real Sosyedad” - 4, “İnter" - 4, “Zaltsburq” - 3, "Benfika” – 0

Qeyd edək ki, II turun digər matçları bu gün keçiriləcək.

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN