booked.netbooked.net booked.net  

Dekabrın 19-da Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində- Tashkent City Beynəlxalq Biznes Mərkəzinin ərazisində korrupsiyaya qarşı mübarizəni simvolizə edən abidənin açılış mərasimi olub.

Bu barədə ölkə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Mərasimdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Tani iştirak ediblər.

Tədbirdə, həmçinin BMT baş katibinin köməkçisi Aleksandr Zuev və xarici ölkələrin rəsmiləri də iştirak ediblər.

m

Açıq barmaqları ilə yuxarıya doğru yönəlmiş əl formasında olan 12 metrlik şəffaf metal kompozisiya hərəkətlərin və düşüncələrin dürüstlüyünü,  saflığı, korrupsiyanın mütləq rədd edilməsi və dünya ölkələrini ona qarşı mübarizədə birləşməyə çağırış deməkdir.

Özbəkistan KİV-nin məlumatına görə,  Qətər əmiri  Özbəkistana Beynəlxalq antikorrupsiya mükafatının təqdimetmə mərasimində iştirak etmək üçün gəlib.

Qətər Əmirinin təşəbbüsü ilə təsis edilən mükafat 2016-cı ildən etibarən hər il tanınmış ictimai xadimlərə, ekspertlərə və jurnalistlərə qlobal səviyyədə korrupsiyaya qarşı mübarizə səylərinin tanınması üçün verilir.

Daha əvvəl bildirilmişdi ki, bu il mərasim Daşkənddə keçiriləcək.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN