booked.netbooked.net booked.net  

"Reklam fasiləsində qalıb verilişə qayıtmayanlar və ya qaytarılmayanlar..."

TEZADLAR.AZ xəbər verir ki, aparıcı Aytən Səfərova həmkarı Kamran Həsənlinin "Xəzər TV"ni tənqid etməsinə reaksiya verib.

Aparıcı bununla bağlı instaqramında video yayımlayıb.

Aytən videoya "Xəzər TV"nin israrla bayağı olmasını İTV-də iddia edənlər, zənnimcə, bu günə qədər reklam fasiləsində qalıb verilişə qayıtmayanlardır. Və ya qaytarılmayanlar" sözlərini yazıb (axşam.az). 

Qeyd edək ki, Kamran Həsənli İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində Xalq artisti, "Xəzər TV"nin rəhbəri Murad Dadaşovun "Biz bilirik ki, maarifləndirməliyik. Ayın sonunda 600-ə yaxın əməkdaşımız maaş almalıdır "  sözlərinə belə münasibət bildirib:

"Murad Dadaşovun qəribə açıqlamasın eşitdim. Televiziya rəhbərləri televiziyanın rəzil gününü millətin aşağı səviyyəsinə bağlayırlar. Birbaşa milləti təhqir edirlər. Ədəbiyyatda Hüseyn Cavidi, Xəlil Rzanı, Mikayıl Müşfiqi yaradan millət günahkardır. Yəni onun səviyyəsi o qədər aşağıdır ki, axırda maaş verəcək deyə pis veriliş etməlidir ki, baxılsın. Bəlkə də dünyada yeganə xalq bizik ki, qürurla, açıqca deyirik ki, biz televizora baxmırıq".

***

 Xatırladaq ki, aparıcı Kamran Həsənlinin İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində televiziyaları tənqid etməsinə ötən gün həmkarı Elgiz Əkbər də cavab verib.

Belə ki, aparıcı Elgiz "Elgizlə izlə" verilişində "Dədələrinə 10 qəpik xeyri olmayan insanlar bu günlər Azərbaycan televiziyalarında çalışan əməkdaşlarını aşağılayıb, onların ünvanına layiq olmadıqları sözləri deyirlər. Nə istəyirsiniz? Əgər sən pul qazana bilmirsənsə, səni çağırıb verilişlər vermirlərsə, bu, sənin günahındır. Çünki sənin apardığın verilişlər baxılmır. Əgər, əksinə baxılan olsaydı, sənə veriliş verib, otuzdurardılar başda. Səni heç toylara da aparıcı kimi çağıran yoxdur", - deyə Kamran Həsənlini tənqid edib.

O, iddia edib ki, Kamran Həsənli verilişlərində bəzi əyalət müğənnilərini vuruşdurmaqla məşğul olub.

"Başlamısan həmkarlarını təhqir etməyə və ünvanlarına artıq-əskik sözlər deməyə. Bu layiqli bir işdir? Sən bəs nə etmisən? Azərbaycan televiziya tarixinə hansı verilişi gətirmisən və nə ilə yadda qalmısan? De, biz də bilək. İki-üç əyalətdən gələn qadın müğənniləri toqquşdurub, verilişində dalaşdırmısan. Ondan başqa sənin nə verilişin olub? Sənin hansı müəllif layihən olub? Nə ilə yadda qalmısan? İki müğənnini verilişə çağırıb dalaşdırmağa nə var ki? İnsana bu kimi hadisələr yer eləyir. Susursan danışmırsan, cavab vermirsən, amma belə də olmur. Ona görə xahiş edirəm, heç kimin əziyyəti yerə vurulmasın, haqqı pozulmasın".

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN