booked.netbooked.net booked.net  

Fransanın https://www.lagazetteaz.fr xəbər portalında Praqada fəaliyyət göstərən “Natəvan” Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri, tanınmış şairə Leyla Begimin

görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın Evian-lö Bən şəhərindəki heykəli ilə bağlı Fransa ictimaiyyətinə ünvanlanmış açıq məktubu yayımlanıb.

Azərbaycan Diaspor Komitəsindən "Təzadlar"a bildirilib ki, müraciətdə azərbaycanlı şairənin abidəsinə qarşı nümayiş etdirilən vandalmünasibətin dünyanın müxtəlif ölkələrində yaşayan maarifpərvər və yaradıcı insanlarda çaşqınlıq doğurduğu nəzərə çatdırılıb: “Maarifçiliyin prinsiplərinə əsaslanan insan haqları bəyannaməsinin qəbul olunduğu bir ölkədə – Fransada şairənin abidəsinin sökülməsinə hazırlaşılması xəbəri məni hədsiz dərəcədə məyus etdi. Rodenin vətənində heykəli məhv etmək istəyirlər?”

Azərbaycanın xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayevin həmmüəllifləri olduqları abidənin Evian-lö Bən şəhərindəki “Azərbaycan Parkı”nda 6 il ərzində mövcud olduğu, nəfis sənət əsərinin təkcə multikultural dəyərlərə malik çoxmillətli Azərbaycanı deyil, həm də ümumbəşəri dəyərləri təmsil etdiyi vurğulanıb. Azərbaycanda bütün dini məbədlərin və tarixi abidələrin qorunduğu, görkəmli avropalılara – Volfhanq Amadeo Motsart, Nikola Tesla, Şarl de Qoll və başqalarına heykəllər və barelyeflər qoyulduğu yada salınıb.    Aleksandr Dümanın heyranlıqla vəsf etdiyi Xurşidbanı Natəvanın heykəlinin götürülməsi cəhdi mədəniyyətin dünya üzrə nümayəndələrinə qarşı müharibə elan edilməsi kimi qiymətləndirilib: “Bu, bütün maarifçilik prinsiplərinin ləğvinə, iki ölkə arasında onilliklər ərzində qurulmuş bütün diplomatik münasibətlərin məhvinə bərabərdir. Bu, keçmişdən gələcəyə, bundan sonrakı sivilizasiyaya aparan körpünün dağıdılmasıdır”.

Fransız filosofu Jil Delezin yaradıcı insanları “sivilizasiyanın təbibləri” adlandırdığını xatırladan və heykəlin müdafiəsinə qalxdığına görə “La Gazette du Caucase” qəzetinin baş redaktoru Jan Mişel Bryuna minnətdarlığını bildirən şairə bildirib ki, sağlam məntiqin qaragüruhçuluq üzərində qələbə çalacağına inanır.

Qeyd edək ki, Leyla Begim Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Çexiyadakı koordinatoru və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.lagazetteaz.fr/news/france/14499.html

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN