booked.netbooked.net booked.net  

 Yasamal rayon MKS-inin A.Şaiq adına 2 №-li kitabxana filialı A.İ.Məmmədov adına 38 №-li tam orta məktəblə birlikdə 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş “Yaddaşlardan silinməyən 20 Yanvar faciəsi” adlı tədbir keçirilib...

Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib... Mərkəzi kitabxanadan "Təzadlar"a bildirilib ki, tədbiri giriş sözü ilə A.Şaiq adına 2 №-li kitabxana filialının müdiri vəzifəsini icra edən İradə Hüseynova açaraq, 1990-cı ilin 20 Yanvar faciəsinin səbəbləri, bu qanlı hadisənin tariximizdə buraxdığı izlər və nəticələri barədə məlumat verib: "...Bildirdi ki, bu faciə xalqımızın qəhrəmanlıq və milli mübarizə tarixinin səhifəsidir. 20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad edir. Nəsillər dəyişəcək, lakin Vətən övladlarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır. A.İ.Məmmədov adına 38 №-li tam orta məktəbin Tərbiyə işləri üzrə direktor müavini Gülnarə Vəliyeva qeyd etdi ki, 20 Yanvar faciəsi yaddaşlarda silinməz iz qoyub. Bu dəhşətli faciədən 34 il ötsə də, baş verənlər unudulmur. Xalqımızın qəhrəmanlıq salnaməsi, mübarizə əzmi əbədi yaşayacaq.  Vətənpərvər şair Nazlı Yazar müəllifi olduğu “20 Yanvar–qan yaddaşımız!” şeirini söylədi, ötən illərin ağrı-acısından, şəhidlərimizin şücaətindən danışaraq vurğuladı ki, bir daha şagirdlərə Vətənin əsl vətəndaşı  olmağı tövsiyə etdi. Böyük biblioqraf Dəniz Vətəni çıxışında, həmin dəhşətli gecədə həlak olan, eyni zamanda Qarabağ uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifələr yazdılar. Məktəb kitabxanasının müdiri Səbinə Abbasova qeyd edib ki, Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş yer var. Bu, şəhidlərin dəfn edildiyi Şəhidlər Xiyabanıdır. Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş olundu...".

 Qeyd edək ki, məktəbin şagirdləri 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər söyləyiblər...

JASMİN

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN