booked.netbooked.net booked.net  

  Yasamal rayon MKS-nin 3 nömrəli kitabxana filialının müdiri Arzu Xudayarovanın təşəbbüsü ilə MKS-də həyata keçirilən “Şəhidlər olməz, Vətən bölünməz” layihəsi

çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqusu şəhid Qoşqar Hacıyevin vəfatının ildönümü ilə əlaqədar onun məzarı ziyarət edilib. Mərkəzi kitabxanadan "Təzadlar"a bildirilib ki, kitabxana filialının müdiri Arzu Xudayarova Vətən uğrunda gedən döyüşlərdə Qoşqar və onun kimi minlərlə şəhidlərimizin öz adlarını tarixə qızıl hərflərlə yazdıqlarını və illər keçsə də onların qəlbimizdə əbədi yaşayacağını çıxışında qeyd edib. O, şəhid Q.Hacıyevin şücayətindən, igidliyindən danışıb. Daha sonra A.Xudayarova məlumat verdi ki, şəhid Qoşqar Hacıyev 2015-ci ilin sentyabrın 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanmışdır. Onun müalicəsi yerli tibb müəssisələri və Türkiyənin Gülhanə xəstəxanasında aparılmışdır. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Qoşqar Hacıyev “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur.

Ziyarət zamanı şəhidin anası Pəri xanım Hacıyeva oğlu ilə bağlı xatirələrini bölüşdü. Onun vətənpərvərliyindən, Vətənə bağlılığından söhbət açıb. Şəhidin əziz xatirəsi dərin ehtiramla yad edildi, ruhuna dualar oxunub.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN