booked.netbooked.net booked.net  

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında

tanınmış yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü, “Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri, “Yazıçı qadınlar” jurnalının təsisçisi və baş redaktoru  Nüşabə Məmmədlinin oxucularla və Quba ziyalıları ilə görüşü  keçirildi. 

Tədbirdə mədəniyyət işçiləri, Qubanın şair və yazıçıları, ADPU-nun Quba filialının müəllim və tələbələri, fəal oxucular, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  direktoru  və digər ziyalılar iştirak etdilər. Görüşün əvvəlində Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən hazırlanmış “Nüşabə Məmmədli – 70” adlı videoçarx izlənildi.

 Quba rayon Mərləzləşdirilmiş  Kitabxana  Sisteminin direktoru Saməddin Nəsirov  tədbiri açaraq, qonaqları salamladı və bildirdi ki, kitabxanamızda görkəmli yazıçılarımızın, alimlərimizin yaradıcılıq gecələri, yubileyləri  keçirilir. O qeyd etdi ki, Nüşabə Məmmədlinin əsərlərində təkcə Qarabağ deyil, keçdiyimiz, yaşadığımız həqiqətlər bədii formada əks olunur.

 Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova  yazıçı-publisist  Nüşabə Məmmədlinin həyat və yaradıcılığı haqqında qısa məlumat verərək, onun çoxlu sayda romanlarının, povestlərinin, hekayələrinin Qarabağa, şəhidlərimizə, qaçqınlara və əsir düşmüş qadınlara həsr olunduğunu qeyd etdi.

AYB-nin Quba bölməsinin sədri Ramiz Qusarçaylı, Qubanın bir sıra şair və yazıçıları AYB-nin üzvü, yazıçı-publisist Əkrəm Qaflanoğlu, AYB-nin üzvü, AYB-nin Quba bölməsinin sədri, şair-publisist Ramiz Qusarçaylı, AYB-nin üzvü, şair Cəlaləddin Budatoğlu, AYB-nin üzvü, Qarabağ qazisi, şair, nasir, Ayaz Səlimxanoğlu, Xaçmaz rayonundan olan  müəllim Adil Müslümov, ADPU-nun müəllimi, şair-publisist Nəhayət Şirinova, Quba rayon MKS-nin əməkdaşları Gülyanə Zalova, Gülnar Abdullayeva, fəal oxucular çıxış edərək qeyd etdilər ki, Qarabağ həqiqətlərindən bu qədər əsər yaratmaq hər yazıçıya nəsib olmur. Nüşabə Məmmədli bunun öhdəsindən uğurla  gələ bilmişdir. Çıxış edənlər yazıçının əsərlərinin möhtəşəmliyindən söhbət açaraq, Nüşabə Məmmədliyə yaradıcılıq uğurları arzuladılar.

nusabe-10

Görüşün sonunda yazıçı N.Məmmədli oxucuları maraqlandıran çoxsaylı sualları    cavablandırdı, tədbirin yüksək səviyyədə təşkilinə görə Quba rayon İcra Hakimiyyətinə və bütün təşkilatçılara minnətdarlığını bildirdi. Yazıçı N.Məmmədli bir çox kitablarını Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə  və oxucularına hədiyyə etdi, tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirdi.

"Təzadlar"ın kollektivi adından dəyərli Nüşabə xanımı ürəkdən təbrik edir, daha böyük və uğurlu yaradıcılıq fəaliyyəti arzulayırıq...

JASMİN

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN