booked.net booked.net  

Yaşasaydı, unudulmaz sənətkarın bu gün 80 yaşı tamam olacaqdı...

Həsən Abbasqulu oğlu Əbluc 22 aprel 1942-ci ildə Təbrizdə anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüb. Əvvəlcə Politexnik İnstitutuna qəbul olunub. Birinci kursdan sonra sənədlərini aktyorluq fakültəsinə verib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyоrluq və rejissоrluq fakültəsini bitirib. Elə həmin il Dram Teatrında rumın yazıçı Sebastyanın "Adsız ulduz" tamaşasına quruluş verib. Sоnralar Gənc Tamaşaçılar Teatrında fəaliyyətini davam etdirib. Kinostudiyada film dublyajlarında iştirak edib. Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığından dərs deyib. Bədii qiraət ustası kimi klassik və çağdaş şairlərimizin poeziya nümunələrini minlərlə tamaşaçıya və dinləyiciyə çatdırıb. Həsən Əbluc rejissorluq kursunu da bitirib. Müxtəlif dövrlərdə bir neçə teatr və televiziya tamaşasının quruluşçu rejissoru olub. Həsən Əbluc həyatla çox tez vidalaşır. İstedadlı sənətkar 13 mart 1994-cü ildə -  52 yaşında ürək tutmasından vəfat edib.

Qardaşı Ənvər Əbluc оnun haqqında "Həsən Əbluc” filmini lentə alıb.

11 may 2018-ci ildə İranın Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində Həsən Əblucun xatirə gecəsi keçirilib.

Həsən Əbluc qısa ömür yolunda böyük uğurlara imza atıb:

Abbas Mirzə Şərifzadə (film)(qısametrajlı sənədli film)(Aztv)(mətni oxuyan), Ağ atlı oğlan (film, 1995), Alman klinikasına şəxsi səfər (film, 1988)(tammetrajlı bədii film)-kadrarxası mətni oxuyan, Babək (film, 1979), Bakıda küləklər əsir (film, 1974), Bircəciyim (film, 1986),  Birisigün, gecəyarısı... (film, 1981), Bizim küçənin oğlanları (film, 1973), Dantenin yubileyi (film, 1978), Dəli Kür (film, 1969), Dənizə çıxmaq qorxuludur (film, 1973), Doğma sahillər (film, 1989), Ən vacib müsahibə (film, 1971),  Yeddi oğuldan biri (film, 2007), Həsən Əbluc (film, 1999), İstintaq (film, 1979), İstintaq davam edir (film, 1966), İyirmialtılar (film, 1966), Qanlı zəmi (film, 1985), Qara gölün cəngavərləri (film, 1984), Qaraca qız (film, 1966), Qatarda (film, 1981), Mikayıl Müşfiq (film, 1978), Od içində (film, 1978), Ölsəm... bağışla (film, 1989), Ömrün İlk Saatı (1973), Özgə ömür (film, 1987), Pəncərə (film, 1991), Sən niyə susursan? (film, 1966), Şeytan göz qabağında (film, 1987), Tənha narın nağılı (film, 1984), Torpaq dəniz od səma (film, 1967), Uşaqlığın son gecəsi (film, 1968), Ümid (film, 1992), Ürək yaman şeydir... (film, 1992), Ürək... Ürək... (film, 1976), Yaramaz (film, 1988), Yaşamaq gözəldir, qardaşım! (film, 1966), Yenilməz batalyon (film, 1965)  filmlərində rol alıb.

Dostu Akif Əli ( əməkdar jurnalist, fəlsəfə doktoru , yazıçı - publisist, kinoaktyor) sosial şəbəkədəki səhifəsində onun haqqında belə yazıb:

Həsən Əbluc barədə bir cümlə:

“Bu gün - 22 aprel 1942-ci ildə Azərbaycanın qədim paytyaxtı Təbrizdə dünyaya gəlib 13 mart 1994-cü ildə müasir paytaxtı Bakıda dünyadan köçən və yaşadığı cəmi 52 il ərzində Teatr, Kino, Radio, Televiziya, Pedaqoqika sahələrində səmərəli yaradıcılıq işləri görən çox istedadlı və çox da həssas İnsan olan dəyərli Sənətkar dostum Həsən Abbasqulu oğlu Əblucun son vaxtlar tez-tez işlətdiyi ən sevimli ifadəsi belə idi: “Axır məni düzdə qoydu bu düzlük!”

Ruhu şad olsun!”

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN