booked.net booked.net  

Azərbaycanlı məşhur xanəndə, bəstəkar, Azərbaycan Televiziyasının Xalq Çalğı Alətləri Orkestrinin solisti, Xan Şuşinskinin sonuncu tələbəsi, Azərbaycan Dövlət Televiziyası və Radiosunun C.Cahangirov adına xorunun ali dərəcəli tenor ifaçısı, solist və konsermeyster Oqtay Hacıyev vəfat edib.

Bu barədə Tezadlar.az-a xanəndənin dostları məlumat verib.

Bildirilib ki, O.Hacıyev  71 yaşında dünyasını dəyişib.

Oqtay Hacıyev 1951-ci ildə Şəmkirin Zəyəm-Cırdaxan kəndində anadan olub. Uşaq yaşlarından musiqiyə həvəsi olan Oqtay Hacıyevin pərəstiş etdiyi xanəndə Xan Şuşinski olub. Bir gün tar çalmaq həvəsinə düşən Oqtay üçün xalası oğlu Bakıdan tar alıb gətirir. Əlinə ilk dəfə musiqi aləti alan Oqtay ailədə xoş qarşılanmasa da, musiqiçi olmaq qərarını qəti olaraq bildirir. Və atası bu işdə ona ilk dəstəkçi olur. İlk tar müəllimi atasının xalası oğlu olur və ona cəmi üç not və bu üç notdan ibarət Rəşid Behbudovun ifa etdiyi Telman Hacıyevin “Lalələr” mahnısını öyrədir...

Qeyd edək ki, Oqtay Hacıyev dillər əzbəri olan "Neyçün bəs” mahnısının müəllifidir.

Allah rəhmət eləsin!

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN