booked.net booked.net  

 Bir müddətdir ki, 1960-cı ildə heykəltaraş Fuad Əbdürrəhmanov tərəfindən hazırlanmış, Bakının Cəfər Cabbarlı və Zivər bəy Əhmədbəyov küçələrinin kəsişməsində ucaldılmış monumental "Azad Qadın" heykəlinin söküləcəyi barədə söz-söhbət dolaşmaqdadır...

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH)  açıqlama yayıb

Məlumatda bildirilir ki, “Azad qadın” heykəlinin ətrafında aparılan təmir işləri ilə bağlı sosial şəbəkələr və bir sıra KİV-lərdə yayılan xəbərlər çox təəccüb və təəssüf doğurur.

"Azərbaycan dünyəvi dövlətdir, dövlət tərəfindən mühafizə olunan bu tarix-mədəniyyət abidəsinin sökülməsindən söhbət gedə bilməz və bu heç bir çərçivəyə sığmır.Hazırda Bakı Şəhər İcra Hakimiyyəti Təmir-Tikinti MMC tərəfindən ərazidə sınmış və ya zədələnmiş qranit və mərmər daşları sökülüb yeniləri ilə əvəz olunur, ərazi abadlaşdırılır. Abadlıq işlərinin sonunda ərazi yaşıllaşdırılacaq, yeni gül və kollar əkiləcək, qazon salınacaq, ərazi gözəl məkana çevriləcəkdir", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, heykəl, vaxtilə Cəfər Cabbarlının "Sevil" pyesindən ilhamlanılaraq hazırlanıb. Və heykəlin prototipinin Fuad Əbdürrəhmanovun (heykəltəraşın) həyat yoldaşı Xanım Əbdürrəhmanova (Rəhmanzadə) olduğu (X.Əbdürrəhmanova Xalq rəssamı Maral Rəhmanzadənin bacısı idi) deyilir

Bir neçə il öncə isə heykəlin yaranması ilə bağlı daha bir maraqlı fakt ortaya çıxıb. Bu maraqlı açıqlamanı KİV-ə Yaşar Türk Azər (Azərbaycan Milli-Azadlıq Hərəkatının tanınmış ismlərindən biri) verib.  

O, qeyd edib ki, “Azad Qadın” heykəli, əslində Sevil obrazını yaradan aktrisa Mərziyə Davudovanın heykəlidir.
Bu barədə məlumatı ona ilk azərbaycanlı türk fotoqraf, Maştağa sakini Cavad Axundov danışıb. C.Axundov ilə söhbətləri zamanı fotoqraf bildirib ki, 1928-ci ildə Dram Teatrında Cəfər Cabbarlının “Sevil” əsərinin premyerası gedirmiş. Və o, baş rolun ifaçısı Mərziyə Davudovanın qrim otağına gedib. Mərziyə xanımdan çadrasını başından necə atacağını soruşub - aktrisa da çadrasını atanda, həmin fotonu çəkib.

"Və həmin anı fotoaparatımın yaddaşına həkk etdim. Bilirdim ki, bütün şəkillər ekspromt olanda daha uğurlu alınır. Sonralar həmin fotoşəkilin əsasında, heykəltəraş Fuad Əbdürrəhmanov “Azad Qadın” heykəlini yaratdı”.

Fotoqraf Cavad Axundovun Yaşar Türk Azərə verdiyi məlumatdan belə aydın olur ki, bu heykəl "Sevil" rolunun ifaçısı Mərziyə Davudovanın fotosu əsasında yaradılıb.

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN