booked.net booked.net  

İyunun 11-də Bakı şəhərində yerləşən "Kitabevim.az" kitab satışı və təbliği mərkəzi növbəti maraqlı tədbirlərdən birinə ev sahibliyi etdi.

Vətən müharibəsi (II Qarabağ müharibəsi) şəhidi baş-leytenant Hikmət Səfərovun qardaşı, tanınmış yazar və pedaqoq Rəmzi Dönməz “Günahın kölgəsi” adlı yeni kitabı ilə oxucuların görüşünə gəlmişdi. Qazilərin, ziyalıların, oxucuların, müəllifin öyrəncilərinin və doğmalarının iştirak etdiyi tədbirə vətənpərvərlik ruhu, yurd həsrəti hopmuş qəribə duyğusal bir ab-hava hakim idi.

QISA ARAYIŞ

Rəmzi Dönməz (Səfərov Rəmzi İldırım oğlu) 5 avqust 1977-ci ildə Qarabağın dilbər guşələrindən biri olan Ağdam rayonunun Yusifcanlı kəndində ziyalı ailəsində - uzun illər kəndin məktəbinə rəhbərlik etmiş İldırım Səfərovun ailəsində - ziya ocağında dünyaya göz açmışdır. İlk təhsilinə doğma kənd məktəbində başlasa da, digər həmyaşıdları kimi məlum hadisələrlə əlaqədar orada tamamlaya bilmir... ...Orta təhsilini başa vuran Rəmzi Dönməz dəqiq elmlər üzrə təhsilini bir-neçə ali təhsil müəssisəsində uğurla davam etdirmiş və hal-hazırda pedaqoji fəaliyyətlə məşğuldur. Respublikamızın tanınmış müəllimlərindən biridir. Şeir yazmağın, hekayət nəql etməyin  isə bütün bunlara heç bir aidiyyəti yoxdur. Çünki o bir ehtiyacdır... Rəmzi Dönməz nəzmdə də, nəsr də də eyni dərəcədə uğurlu qələm sahibi hesab oluna bilər.

“Mücrü” nəşriyyatında nəfis şəkildə nəşr olunmuş kitabın naşiri Müşfiq Xan, redaktoru isə İltifat Köçəridir.

Tədbirin gedişində Rəmzi Dönməz  “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə təqdim olunan “Ziyadar” mükafatı ilə təltif olunub.

Bir daha təbriklər Rəmzi müəllim!

Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru, şair-publisist

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN