booked.netbooked.net booked.net  

Azərbaycan Respublikasının insan hüquqlari üzrə müvəkkili (ombudsman) 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə ənənəvi jurnalist yazı və uşaq rəsm müsabiqələrini elan edib.

Ombudsmanın mətbuat xidmətindən verilən məlumata görə, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində cari ildə hər iki müsabiqə “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanda insan hüquqları” mövzusuna həsr olunub.

Jurnalist yazı müsabiqəsinin tələbləri:

∙ Müsabiqəyə ünvanlanmış müəllif yazıları ölkəmizdə çıxan hər hansı bir qəzet və ya saytda dərc olunmalıdır;

∙ Anket doldurulmalıdır (müəllif haqqında qısa məlumat, əlaqə telefonları qeyd edilməlidir);

∙ Müəllifin bir ədəd 4x5 ölçüdə fotoşəkli əlavə edilməlidir.

Uşaq rəsm müsabiqəsinin tələbləri:

∙ Müsabiqədə 6-18 yaş arası uşaqlar iştirak edə bilərlər;

∙ Rəsmlər A3 formatda işlənməlidir;

∙ Anket doldurulmalı (iştirakçı uşaq haqqında qısa məlumat, əlaqə telefonları), anket forması Ombudsman Aparatının internet səhifəsində müvafiq elanla bağlı xəbərdə linkdə paylaşılmışdır);

∙ İştirakçının bir ədəd 4x5 ölçüdə fotoşəkli (rəsmlə birlikdə) təqdim edilməlidir;

∙ Rəsm əsəri müsabiqənin mövzusuna uyğun olmalıdır;

∙ Rəsm mövzu, ideya, işlənmə texnikası və üslub baxımından orijinal olmalıdır (və digər rəsm müsabiqələrinə təqdim edilməmiş olmalıdır).

Qeyd: Müsabiqənin mövzusuna uyğun olmayan mövzularda çəkilmiş rəsmlər nəzərə alınmayacaq. İştirakçılar rəsmləri müsabiqə başa çatdıqdan sonra 10 gün ərzində geri götürə bilərlər. Qalib hesab edilmiş rəsmlər geri qaytarılmır.

Müsabiqə üçün həm jurnalist yazıları, həm də uşaq rəsmləri 2023-cü il dekabrın 1-i saat 18:00-dək Ombudsman Aparatına (Ü.Hacıbəyli küçəsi, 80, Hökumət Evi, II qapı) təqdim edilməlidir.

TEZADLAR.AZ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN