booked.netbooked.net booked.net  

Türkiyənin Ərzurum Texniki Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında onlayn görüş keçirilib. 

TEZADLAR.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə Ərzurum Texniki Universitetinin rektoru Bülent Çakmak ölkələrimiz arasında qardaşlıq münasibətlərinə toxunaraq, bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Universitetlərarası əlaqələrdən bəhs edən Bülent Çakmak Naxçıvan Dövlət Universiteti ilə qarşılıqlı və faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev isə çıxışı zamanı ali təhsil ocağının kadr potensialı, professor-müəllim heyətinin malik olduğu elmi baza, maddi-texniki imkanlar, beynəlxalq əlaqələri, tərəfdaş olduğu xarici ölkə universitetləri haqda məlumat verib.

Rektor rəhbərlik etdiyi ali təhsil ocağının beynəlxalq əlaqələrində Türkiye Universitetlərinin xüsusi payı olduğunu diqqətə çatdırıb. Türkiyenin təcrübəsini öyrənmək baxımından birgə əməkdaşlığın xüsusi əhəmiyyətə malik olduğu bildirilib. Elbrus İsayev Türkiye universitetləri ilə texniki sahədə gələcək əməkdaşlıq məsələlərinin vacib məqamlarına toxunub.

Rektor universitetdə yaradılacaq Texnopark üçün qabaqcıl dünya təcrübəsinin öyrənildiyini və bu baxımdan Ərzurum Texniki Universitetinin imkanlarının öyrənilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə universitetlərarası sosial və elmi əməkdaşlıq, birgə layihələrin icrası istiqamətində işlər müzakirə edilib. Sonra hər iki universitet arasında birgə əməkdaşlığa dair protokol imzalanıb.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN