booked.netbooked.net booked.net  

Bu ildən etibarən tibb üzrə orta ixtisas təhsili müəssisələrində (kolleclərdə) yeni ixtisas olacaq. Yeni ixtisas optometriya adlanır. Bu ixtisası bitirənlər oftalmoloq kimi fəaliyyət göstərəcəklər.

TEZADLAR.AZ xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.

Onun fikrincə, qeyd edilən yeni ixtisas - optometriya tibb təhsili verən universitetdə də olmalıdır. 

"Düşünürəm ki, ali təhsil müəssisəsində də bu ixtisas olmalıdır. İndiyə qədər tibb üzrə orta ixtisas təhsili müəssisələrində (kollec) Mamalıq işi, Tibbi profilaktika, Tibb bacısı (qardaşı) işi, Ortopedik stomatologiya, Müalicə masajı, Laboratoriya diaqnostikası, Əczaçılıq ixtisasları üzrə kadr hazırlığı həyata keçirilib. Ölkədə tibbin bütün sahələri üzrə ixtisaslı mütəxəssislərə ehtiyac var", - diqqətə çatdırıb.

Kamran Əsədov, həmçinin "Kimlərsə 3-5 aylıq kurslar ilə apteklərdə göz müayinə və müalicəsini həyata keçirir ki, bu da bəzən ağır fəsadlara yol açır", - deyə vurğulayıb.

 

Y.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN