Ümumdünya Səhiyyə Təşkilatı ümid edir ki, artıq gələn il COVID-19, hətta virus yoxa çıxmasa belə, pandemiya statusunu itirəcək.

Bunu ÜST rəhbəri Tedros Adanom Gebreyesus çərşənbə günü Cenevrədə keçirilən mətbuat konfransında bildirib.

Təşkilat rəhbəri COVID-19-un səhiyyə sahəsində "qlobal fövqəladə hal" olmaqdan çıxacağına ümid etdiyini bildirib və xatırladıb ki, bir il əvvəl yalnız "omikron" koronavirusunun artan ştammı müəyyən edilib.

***

Xatırladaq ki, koronavirus  2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı.

Qeyd edək ki, indiyədək dünya əhalisinin 509,268,964 nəfəri koronavirusa yoluxub. Onlardan 461,827,849 nəfəri müalicə olunaraq sağalıb və təəssüf ki, 6,242,509 nəfəri həyatını itirib.

 Azərbaycanda isə ilk dəfə bu xəstəlik 28 fevral 2020-ci ildə Rusiya Federasiyasının vətəndaşında aşkarlanıb. Belə ki, həmin şəxs İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub,

Rəsmi rəqəmlərə görə, Azərbaycanda indiyədək 825035 nəfər şəxs koronavirusa yoluxub. Onlardan 9989 nəfəri dünyasını dəyişib, 814647 nəfəri isə müalicə olunaraq sağalıb. Son sutka ərzində 92 nəfər bu xəstəliyə yoluxub. Hazırda aktiv xəstə sayı 399 nəfərdir. Ümumi vaksinasiya sayı isə 13926542.

Ümid edək ki, 2023-cü ildə koronavirusun heç bir ştammı insanların gündəlik həyatına mane olmasın və bəşəriyyət bu narahatlıqdan birdəfəlik qurtulsun.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN