booked.net booked.net  

Aİ-nin vətəndaşların həşəratlarla qidalanmasına icazə verməsi ilə bağlı qərarına baxmayaraq, Qətər Səhiyyə Nazirliyi belə qidaların halal olmadığını əsas gətirərək buna qadağa qoyub.

Tərkibində həşərat zülalı olan məhsullar Qətərdə satılmayacaq, çünki “halal” anlayışı müsəlmanlar üçün icazə verilən qida tələbinə cavab vermir.

Bunu Qətər Səhiyyə Nazirliyi Twitter-də açıqlayıb. Qurumun məlumatına görə, ölkə sakinlərinin dini həşərat və ya onlardan hazırlanan zülal əlavələri yeməyə icazə vermir.

Qeyd edək ki, dünyanın bir çox ölkələrində insanlar həşaratlarla qidalanırlar. Onların sırasında Tayland, Çin, Yaponiya, Cənibi və Mərkəzi Amerika, Avstaraliya, Afrika, Meksika, Vyetnam, Yeni Qvineya və bir çox ölkələrin vətəndaşları da var.

Görünür belə qidalar  insanların aclıq cəkdiyi dövrlərdə onları ölümün pəncəsindən xilas edib və yemək rasionuna daxil olub. Sonralar isə bundan biznes kimi istifadə edilib. Və artıq bir çoxları bu cür həşaratlarla qidalanmaqdan həzz alırlar... 

Y.MƏMMƏDLİ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN